Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1290/2025 14.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “sənədin məxsusluğunun müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi cəlb edilməklə “sənədin məxsus olmasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-322F KOD 90200002 nömrəli şəhadətnamənin ona, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 02 may 2000ci il 199 nömrəli qərarı ilə verilmiş 0.15 hektar torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Bununla bağlı onlara “JN-322F 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də göstərildiyi kimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin 02 may 2000-ci il 199 nömrəli qərarı ilə verilmiş 0,15 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmiş, şəhadətnamə isə 927 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə “Ərizəçi1” yazılmalı olduğu halda səhvən “Ərizəçi1 Şahin qızı” yazılmışdır. İmtina məktublarından da göründüyü kimi ata adı arasında uyğunsuzluq olmuşdur. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yalnışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PH-in 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında göstərdi ki, Ərizəçi1 onun doğma bacısıdır. Onlar birlikdə yaşayıb, böyümüşlər. Ataları Saleh polis, anaları Hafizə isə müəllimə işləmişdir. Bacısı Ərizəçi1 hazırda Mingəçevir şəhərində kirayədə yaşayır. Ərizəçi1 verilən torpaq sahəsinin şəhadətnaməsində səhvlik olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmədikləri ona məlumdur. İş materiallarında olan: Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-322F nömrəli şəhadətnamədə göstərilən “Ərizəçi1 Şahin qızı” ilə şəxsiyyət vəsiqəsində qeyd olunan “Ərizəçi1” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq sənədlərdə hər hansı bir düzəlişin və ya həmin sənədin ləğv edilməsi Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. xx.xx.1998-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhər Nikah evində nikah bağlanmış, akt qeydləri kitabında 38 № ilə qeyd edilmişdir. xx.xx.1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası X5, anası X1r. JN-322F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, mülkiyyətçilərdən biri olan Ərizəçi1 Şahin qızı kimi qeyd edilmişdir. İşin müəyyən olunmuş halı: Ərizəçi torpağa mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Ərizəçinin həmin şəhadətnamədə adı “Ərizəçi1 Şahin qızı” kimi, şəxsiyyət vəsiqəsində “Ərizəçi1” kimi qeyd edilmişdir. Ərizəçiyə sənədin məxsusluğu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarın 6-cı maddəsinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmənin mövqeyi: Təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən göründüyü kimi ərizəçinin adı “Ərizəçi1 Şahin qızı” göstərilmişdir. Lakin şəxsiyyət vəsiqəsində adı “Ərizəçi1” olaraq qeyd olunmuşdur. Şahid ifadələri və təqdim edilmiş sənədlərlə Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 saylı qərarı əsasında Ərizəçi2 Mingəçevir şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin verilməsi barədə JN- 322F KOD 90200002 nömrəli şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmuşdur. Ona görə də ərizə təmin edilməli və Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 saylı qərarı əsasında Ərizəçi2 Mingəçevir şəhərində yerləşən 0,15 ha torpaq sahəsinin verilməsi barədə JN-322F KOD 90200002 nömrəli şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. Mingəçevir Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 saylı qərrarı əsasında Ərizəçi2 Mingəçevir şəhərində yerləşən 0,15 ha “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 322F KOD 90200002 nömrəli şəhadətnamənin AZE ******** saylı şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Güləndam Quliyeva