Məhkəmə qərarları › İş №2(051)-1297/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1297/2024

19.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1297/2024 19.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X5 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək izahatında göstərdi ki, X6 onun oğludur. Oğlu xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur.Oğlu xəstədir. Belə ki, N.Şabanov xx.xx.2010-cu ildən Mingəçevir şəhər rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatdadır. O, öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X7 məhkəmə iclası zamanı bildirdi ki, rəydən də göründüyü kimi X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan Məhkəmə Psixo Nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 529 saylı arayışdan görünür ki, X6 xx.xx.2010-cu il tarixdən “ağır dərəcəi əqli gerilik, davranış pozğunluğu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. Məhkəmə PsixiatrikEkspertiza X10 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 484 saylı rəyindən görünür ki, X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F71.1 xəstəliyindən əziyyət çəkmişdir. X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 F72.1 xəstəliyi keçirməsi səbəbindən onun kənar şəxsin yardımına və nəzarətinə ehtiyacı var. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin oğlu X6 xx.xx.2010-cu il tarixdən “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X6 hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun daim kənar şəxslərin nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. Bu hallar, yəni X3 fəaliyyət qabiliyyətli olmaması ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X3 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X6 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar