Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-130/2024 10.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı, Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi və tələbin dəqiləşdirilməsi barədə əlavə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2019-2020-ci il tarixdən ödənilməyən 2114.06 manat əmək haqqının və 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqq-hesab) kompensasiyanın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və uzun müddətdir müxtəlif vəzifələrdə işləmişdir. Mingəçevir şəhər MTAİ-nin tabeliyində olan yataqxanada komendant işlədiyi 2019-2020-ci illərdə pandemiya dövründə olduğu müddət ərzində ona heç bir əmək haqqı və ya digər ödənişlər verilməmişdir. Həmin müddətdə ona ödəniş edilməməsinin səbəbləri məlum deyil. Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq ona olan əmək haqqının ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Əksinə əmək haqqının ödənilməməsi ilə bağlı əlavə hesablamalar aparılmalıdır. Bundan əlavə sözügedən müddət ərzində müəssisənin ona 2114.06 manat əmək haqqı borcu yaranmışdır. Daha sonra iddiaçı bildirdi ki, 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə ona bütün ödənişlər edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və təmsil etdiyi hüquqi şəxsin adından göstərdi ki, İddiaçı cavabdehə qarşı 2019-2020 - ci il tarixə ödənilməyən 2114,06 manat əmək haqqının və 2023 - cü ilin fevral ayina kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqq - hesab) kompensasıyasının hesablanaraq ödənilməsinə dair iddia tələbi məhkəmə icraatındadır. İddiaçının tələbi əsassızdır və bu səbəbdən rədd edilməlidir . Belə ki , iddia tələbin ikinci hissəsinə münasibətdə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2023 - cü il tarixli əmri ilə iddiaçı işdən azad edilmiş və 11 ay 14 gün üçün son haqq hesab tam ödənilmişdir. 2019-2020 - ci il tarixə ödənilməyən 2114,06 manat əmək haqqına dair hissədə iddiaçı iddia ərizəsində etiraf edir ki, həmin dövrdə pandemiya , muharibə şəraiti , əhalidən xidmət haqqı pulunun yığılması çətin olduğunu cavabdehə bildirmişdir . Lakin bu halların mövcudluğu iddiaçının cavabdehdən həmin dövrdə tələb etmək huququ məhdudlaşmır və bu səbəbdən məsələni mübahisələndirib məhkəməyə müraciət edə bilərdi . İddiaçı 2019-2020 - ci illər üçün əmək haqqının ödənilməməsi ilə bağlı 2021 - ci ilin sonunadək məhkəməyə müraciət etmədiyindən iddia müddətini üzürsüz səbəbdən buraxmışdır. Bununla yanaşı eyni tələblə bağlı Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin digər işçiləri məhkəməyə müraciət etmiş və iddiaçı həmin dövrdə pulu tələb etməkdən imtina etmişdir . Göründüyü kimi , iddiaçı pul tələbi ila bağlı ƏM - nin 296.4 - cü maddəsində nəzərdə tutulan bir illik iddia müddətini buraxmış və bu səbəbdən tələbi əsassız və qanunsuzdur . Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiadan imtina edilməlidir. Beləliklə məhkəmə iş materiallarını araşdırıb tərəfləri dinləyib hesab edir ki, iddiaçınını subyektiv cəhətdən hal-hazırki iddianı qaldırmaq hüququ vardır. İş materiallarından da görününr ki, iddiaçı həqiqətəndə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin tabeliyində olan yataqxanada komendant işləmiş və 2019-2020-ci illərdə pandemiya dövründə olduğu müddət ərzində heç bir əmək haqqı almamışdır. Lakin iddiaçı həmin dövrlərdə bu barədə məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Halhazırda cavabdeh təşkilatının nümayəndəsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddəti buraxıldığı üçün iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iddia qaldımağa subyektiv hüququ olduğuna baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsindəsində nəzərdə tutulan iddia müddətini ötürdüyü üçün iddia müddəti tətbiq edilməli və idiadan imtina edilərək iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcələnin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcələnin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə həmçinin iddia tələbinin 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya verilməsi hissəinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, iddiaçıya 2021-2023-cü illər üçün məzuniyyət haqqı tam olaraq ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil X1 Birliyim Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-130/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-130/2024
10.01.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver