Məhkəmə qərarları › İş №2(051)-1303/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1303/2022

22.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1303/2022 22.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə baxaraq Müəyyən etdi: Ərizəçi anası 23 mart 1966-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə verərək anası X1 11 avqust 2022-cil il tarixdə vəfat etməsi səbəbilə ərizənin baxılmamış saxlanılmasını və ərizəyə əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə ərizənin qaytarılması barəsində ərizə verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi anası X1 11 avqust 2022-cil il tarixdə vəfat etməsi səbəbilə ərizənin baxılmamış saxlanılması və ərizəyə əlavə edilmiş sənədlərin qaytarılması barədə ərizə verdiyinə görə ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Ərizəçi anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar