Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1304/2023 06.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs2 Şaban qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs2 Şaban qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-1419A seriyalı, KOD 90200002 saylı şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2 Şaban qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı ilə X3, Maraqlı şəxs2 Şaban qızı, Ərizəçi, X2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X1 Mingəçevir şəhərində 0.05 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN- 1419A KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə adları qeyd olunmuş X4 xx.xx.2015-ci ildə, X3 xx.xx.2018-ci ildə və X2 isə 20 noyabr 2020-ci ildə rəhmətə getmişlər. Eyni zamanda da torpağın mülkiyyətə verilməsinə dair JN-1419A KOD 90200002 saylı şəhadətnamədə “Ərizəçi ata adı səhvən Adil kimi” qeyd olunmuşdur. Yuxarıda qeyd olunan torpaq sahəsi hazırki vaxtadək onların istifadələrindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN-1419A seriyalı, KOD 90200002 saylı şəhadətnamədə “Ərizəçi ata adının səhvən Adil" kimi yazılması səbəbindən torpağa dair şəhadətnamənin onlara məxsus olmasını təsdiq edə bilmirlər. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyirlər. Ancaq şəhadətnamədə qeyd olunan yanlışlığa görə bu mümkün olmamışdır. Bununla bağlı o şəhadətnamədə qeyd olunan yanlışlığın aradan qaldırılması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə rəmi müraciət etmişdir. Lakin, oradan ona məhkəməyə müraciət etmək hüquqlarım izah olunmuşdur. Onlar JN-1419A KOD 90200002 saylı şəhadətnamənin onlara məxsus olması faktını başqa qaydada müəyyən edə bilmirlər. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşlar. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının JN-1419A seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1994-cü il tarixdə Nümayəndə ilə Maraqlı şəxs2 Şaban qızının birgə nikahından doğulmuşdur. İşin materiallarında olan işin materiallarında olan Nümayəndə məxsus doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, o, xx.xx.1964-cü il tarixdə X3 ilə X5 birgə nikahından doğulmuşdur. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-l № 949751 saylı ölüm haqqında şəhadətnamənin təsiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-l № 757979 saylı ölüm haqqında şəhadətnamənin təsiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-lİ № 128212 saylı ölüm haqqında şəhadətnamənin təsiqlənmiş surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-1419A seriyalı, KOD-90200002 saylı şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə X3, Maraqlı şəxs2 Şaban qızı, Ərizəçi Adil oğlu, X2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və X1 Mingəçevir şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********337 saylı məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.05 ha torpaq sahəsi ərizəçi və digər şəxslərə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1419A seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Lakin həmin sənəddə Ərizəçi ata adı səhvən “Adil” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1419A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçiyə məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Adil oğlu” nun ata adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1419A seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-1419A seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən şəxs ərizəçiyə, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Odur ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının JN-1419A seriyalı, KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1304/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1304/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver