Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1305/2022 05.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi (arvadı) X7 iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdə doğulmuş qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.1979-cu il tarixdə doğulmuş X1 qaynı, təmsil etdiyi şəxsin isə qardaşıdır. X6 İ qrup əlil olduğu üçün öz hərəkətlərini dərk etmir və özünü idarə edə bilmir. Həmçinin o, hazırda da müalicə olunur. Hazırkı ərizəni verməyinin əsas səbəbi bundan ibarətdir. Həmin şəxsin valideynləri vəfat etdiyindən, təmsil etdiyi şəxsin himayəsində yaşayır. Belə olan halda təmsil etdiyi şəxsin qardaşıX3 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında Şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə, X4 isə xx.xx.1979-cu il tarixdə X5 ilə Mustafayeva (Hüseynova) Natalya Ənvər qızının birgə nikahından doğulmuşdur. İşdə olan Nikah haqqında Şəhadətnamədən görünür ki, Ərizəçi ilə X11 arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir Qeydiyyat şöbəsində bağlanmış nikah 456 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “ Mustafayeva” soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 anası X8 xx.xx.2018-ci il tarixdə, atası X5 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 saylı arayışdan görünür ki, X4 xx.xx.1992-ci il tarixdən “ağır dərəcəli əqli gerilik (kənar şəxslərin köməyinə daima ehtiyacı var)” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan AR Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Disponserinin xx.xx.2022-ci il tarixli 573 saylı ekspert rəyindən görünür ki, X6 uşaqlıqda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və tetraparezlə XBT-10 F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X6 İ qrup əlildir və o, “ağır dərəcəli əqli gerilik (kənar şəxslərin köməyinə daima ehtiyacı var)” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1979-cu il tarixdə doğulmuş qardaşı X6 xx.xx.1992-ci il tarixdən “ağır dərəcəli əqli gerilik (kənar şəxslərin köməyinə daima ehtiyacı var)” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X6 uşaqlıqda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və tetraparezlə XBT-10 F72.1 xroniki xəstəliyi keçirdiyindən, hazırda öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun daim kənar şəxslərin nəzarəti altında yaşaması və onların köməyinə ehtiyacı vardır. Hazırda X6 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X3 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 573 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin qardaşı X3 səhhətində onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qardaşı X6 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qardaşı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1305/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1305/2022
05.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver