Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1317/2025 05.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqli şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsi) “sənədin məxsusluğu faktının” müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 400 kv. metr torpaq sahəsi və orada yerləşən 134.4 kv. metr tikinti altında, 47 kv. metr yaşayış evinin X2 qanuni istifadəsində saxlanılmasına dair Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN-1807B KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər birgə payçılarla bərabər anası X4 məxsusluğu faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında tələbin dəqiqəşdirilməsi barədə ərizə təqdim edərək, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN-1807B KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər birgə payçılarla bərabər anası X7 məxsusluğu faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1959-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X6, anası X12 olmuşdur. Atası xx.xx.1973-cü il tarixdə, anası 13 dekabr 2002-ci il tarixdə vəfat etmişdir. Anasının adına verilmiş ölüm haqqında şəhadətnamədə anasının adı Mürəssə (X13) kimi göstərilmişdir. Onlar ailəlikcə Mingəçevir şəhəri Samux (keçmiş Kənar ) küçəsi ev 86-da yaşamışlar. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarından çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 400 kv. metr torpaq sahəsi və 134.4 kv. metr tikinti altında, 47 kv. metr yaşayış evi X2 qanuni istifadəsində saxlanmışdır. Daha sonra isə Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN_1807B KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.02 hektar torpaq sahəsi anası X17 ilə birgə 9 nəfər ailə üzvünə verilmişdir. Mülkiyyət hüquqlarının qeydə alınması və bundan sonra anasından qalan miras əmlakdan vərəsəlik hüququna dair şəhadətnamə almaq istədikdə 28 aprel 2025-ci il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsindən imtina edilərək göstərilmişdir ki, “Təqdim etdiyiniz sənədlərin düzgünlüyü İdarənin arxiv materialları və elektron kadastr məlumatlarına əsasən yoxlanılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN-1807A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadatnamənin adlı siyahısında qeyd edilən (X13 ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan X18 adlari arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. “Belə ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyidir.” Belə ki, onun doğum haqqında şəhadətnaməsində anasının adı Mirəstə kimi qeyd olunsa da, onun valideynləri nikaha girərkən anasının adı Mirəzsə kimi qeyd olunmuşdur. Mingəçevir şəhər Qeydiyyat Şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli arayışda anasının vətəndaşlıq vəziyyəti aktında ərizəçi onun uşağı kimi qeyd olunmuşdur. Anasına məxsus doğum haqqında şəhadətnamə aşkar olunmamışdır. AR MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin halın müəyyən olunmasını ərizəçi başqa cür əldə edə bilmir. Odur ki, ərizədə göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə etmiş, və məhkəmədə Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan arayışın surətindən görünür ki, 09 iyul 1949-cu il tarixində X27 ilə X14 evlənmiş, nikahları93 № ilə qeydə alınmışdır. Həmçinin, nikaha xx.xx.1973-cü il tarixində X19 ölümü ilə nikaha xitam verilmiş, 179 №li akt qeydi ilə nikahın pozulması dövlət qeydiyyatına alınmışdır. İşdə olan “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə kəskin ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə X27 və X2 birgə nikahından doğulmuşdur. İşdə olan “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X25 xx.xx.1973-cü il tarixdə kəskin ürək-damar çatışmazlığı səbəbindən ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Mingəçevir şəhərində yerləşən JN-1807A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadatnaməyə məxsus olan 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinə və adlı siyahıda qeyd edilən “X15” ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan “X17” adları arasında uyğunsuzluq mövcuddur. Odur ki, məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İşdə olan adı siyahıdan görünür ki, X3 adına JN-1807A saylı torpağın mülkiyyətə verilməsi nəzərdə tutulmuşdur. İşdə olan Milli Arxiv İdarəsi Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışından görünür ki, Ağdaş Rayon Qeydiyyat Şöbəsinin doğum-bərpa sənədlərinə baxış zamanı vətəndaş Mahmudova Mürəsə (Mürəstə) Şirəli qızının doğumuna rast gəlinməmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN- 1807A, KOD 90200002 şəhadətnamədən görünür ki, Mingəçevir şəhərində yerləşən 0,02 ha torpaq sahəsi üzərində X17 ilə birgə 9 nəfərin istifadəsinə verilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X17 barəsində Ağdaş rayon, Qolqəti kəndində aşağıdakı məlumatlar aşkar edilmişdir: X25 əri, X20, X28, X22, X23, X29, X24, Ərizəçi, X21r. İşdə olan Azərbaycan Respublikası Dövlət X16 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarının və ona əlavə olunan sənədlərin siyahısı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 №li sərəncamının surəti göndərilmiş, adlı siyahı sərəncama əlavə olunmamışdır. İşdə olan “doğum haqqında şəhadətnamə”dən görünür ki, 27 aprel 1947-ci il tarixdə doğulmuş X23 və 19 mart 1952-ci il tarixdə doğulmuş X8 ataları X25, anaları X9r. İşdə olan “doğum haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.1954-cü il tarixdə X10 atası X25, anası X9r. İşdə olan 86 №li “ev kitabçası”ndan görünür ki, X17, Ərizəçi, X24, X29, X26 və X11 adına rast gəlinir. İşdə olan 3 №li qərardan çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ev X2 adına qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən 400 kv. metr torpaq sahəsi və orada yerləşən 134.4 kv. metr tikinti altında, 47 kv. metr yaşayış evinin ərizəçinin anası X17 olmasına dair Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN_1807A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə ərizəçinin anası “X15” ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan “X17” adları arasında uyğunsuzluq mövcuddur. Hazırda Ərizəçi anası X1 ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı əsasında JN-1807A KOD 90200002 nömrəli şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi anası X7 məxsusdur, həmin sənəddə yazılmış “X15”nın adı “X17” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN-1807A KOD 90200002 nömrəli şəhadətnamə mülkiyyətə verilməsinə dair hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsinin 10 yanvar 1989-cu il tarixli 3 saylı qərarının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı qərarı əsasında JN-1807A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməsinin Ərizəçi anası X7 məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli, 293 saylı sərəncamı əsasında JN-1807A KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamənin Ərizəçi anası X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1317/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1317/2025
05.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver