Məhkəmə qərarları › İş №2(051)-1325/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1325/2022

08.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1325/2022 08.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Həsənova Türkanə Çingiz qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, ona əsassız yazılmış 161.28 manat məbləğdə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanına, onun adına quraşdırılmış **********0 nömrəli qaz sayğacına Mingəçevir qaz idarəsinin əməkdaşları tərəfindən baxış keçirilərək, sayğacın guya işləmədiyi bildirilmiş və sayğac sökülərək yoxlamaya göndərilmişdir. xx.xx.2021-ci il tarixdə isə ona 161.28 manat cərimə yazılmışdır. Hesab edir ki, onun adına quraşdırılmış **********0 nömrəli qaz sayğacına hesablanmış 161.28 manat məbləğində borc qanunsuz və əsassızdır. İddianın təmin olunmasını, həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan X3 Sahəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2012–ci il tarixli 8667 nömrəli qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı–satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya xidmət edən qaz xətti üzərində xx.xx.2011–ci il tarixdə G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılmış və həmin qaz sayğacı üzərinə 00346885 nömrəli plomb vurulmuşdur. İşdə olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, **********0 nömrəli qaz sayğacı **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmiş və həmin qaz sayğacı üzərinə 12093280 nömrəli plomb vurulmuşdur. İşdə olan təbii X2nın pozulması haqqında ******* saylı aktdan görünür ki, xx.xx.2021-ci il tarixli MSK-29/1710-05027-1 saylı akta əsasən İddiaçı evinə quraşdırılmış sayğaca baxış keçirildi. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar təyin edilə bilmədi. Kamera vasitəsilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. İşdə olan xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1440 m3 qaz sərfiyyatından ibarət dəymiş ziyan hesablanmışdır. İşdə olan Abonentin Saldosundan görünür ki, ünvan 1 ünvanına, İddiaçı adına quraşdırılmış **********4 №li qaz sayğacına 161.28 manat qalıq borc hesablanmışdır. İşdə olan Mingəçevir şəhəri Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 03 №-li arayışdan görünür ki, Mahmudov X1 şəhəri, C.Məmmədquluzadə küçəsi 29/2 ünvanında yaşayır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. İş materialları ilə müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına, İddiaçı adına quraşdırılmış sayğac yenisi ilə əvəz olunması üçün sökülüb götürülmüş, yenisi ilə əvəz olunmuş və bununla bağlı həmin tarixdə ******* №-li akt tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qaz 1440 m3 hesablanmış, nəticədə iddiaçıya 161.28 manat borc yazılmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilir ki, dəymiş ziyanın bərpasına əsas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”-nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı müqavilənin 2.2.5-ci bəndinin istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) olmuşdur. Lakin mənzil sahibinin (abonentin) hərəkət və ya hərəkətsizliyi nədən ibarət olması məlum deyil. Belə ki, iddiaçı ilə cavabdeh arasında təbii qazdan istifadəyə görə alqı–satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqaviləyə əsasən paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək, “X2nın” tələblərinə əməl etmək, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək və sair vəzifələr daşımışdır. Lakin həmin müqavilədə yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacının və plombun toxunulmazlığını təmin etmək iddiaçının vəzifəsi kimi müəyyən edilməmişdir. Çünki ictimai yolda quraşdırılmış qaz sayğacına iddiaçının nəzarət etməsi, faktiki olaraq mümkün sayıla bilməz. İddiaçının mübahisəli sayğaca müdaxilə etməsi də inandırıcı deyil. Həmçinin, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı 24 dekabr 2021ci il tarixli aktda da göstərilir ki, sayğaca baxış zamanı kənar təsir izləri aşkar olunmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehə ziyan iddiaçının təqsirli hərəkəti nəticəsində dəyməmişdir. Eləcə də, cavabdehə dəymiş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqə olduğu müəyyən edilməmişdir. Ona baxmayaraq, cavabdeh təşkilat formal şəkildə tərtib edilmiş pozuntu aktına istinad edərək, həmin hüquq pozuntusunun iddiaçı tərəfindən törədilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, cavabdehə dəymiş ziyanın iddiaçı tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Bununla da cavabdeh təşkilat öz üstün mövqeyinə əsaslanaraq hüquqdan sui–istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1–ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2–ci maddəsinə əsasən hüquqdan sui–istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cavabdeh təşkilat qaz paylayıcısı kimi iddiaçının yaşayış sahəsinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətə ödənişsiz qaydada dövlət yoxlamasından keçirmək vəzifəsi daşımasına baxmayaraq, onu etməmişdir. Halbuki, cavabdeh təşkilat qaz paylayıcısı kimi istehlakçının, yəni iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11–ci maddəsinin 6–cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqısı, müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı–satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13–cü maddəsinin 9–cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 6–cı maddəsinin 2–ci bəndinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 6.7–ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5–ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7–ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün tətbiq edilməli olan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında mülki məsuliyyət daşıması üçün bilavasitə onun hərəkətlərində mülki hüquq pozuntusu törətməsi halı məcmu halında mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, iddiaçının yaşadığı evə quraşdırılmış **********4 №li sayğaca hesablanmış 161.28 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. İddiaçı yaşadığı ünvan 1 ünvanına quraşdırılmış abonent kodu **********4 №li qaz sayğacına hesablanmış 161.28 (bir yüz altmış bir manat iyirmi səkkiz qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar