Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1345/2021 06.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, iddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı: Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Cavabdeh: Cavabdeh qarşı “eyvanın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh üzərində yaşadığı mənzilin qanunsuz artırdığı eyvanın öz vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpası vəzivəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, göstərilən iş Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, Mənzil Təsərrüfartı və Abadlaşdırma İdarəsinin tabeçiliyində olan 5 saylı Mənzil İstismar Sahəsinin işçiləri tərəfindən müəyyən edilmişdir ki, şəhərin S.Vurğun küçəsi ev 2, nömrəli mənzildə yaşayan Cavabdeh mənzilində özbaşına yenidənqurma işləri apararaq eyvanını genişləndirmiş və hörgü işləri aparmışdır. Odur ki, Cavabdeh üzərində yaşadığı mənzilin qanunsuz artırdığı eyvanın öz vəsaiti hesabına əvvəlki vəziyyətinə bərpası vəzivəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə aşağıdakilara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 20,12-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4- cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə mövcud deyildir. Bundan əlavə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə almmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir. Hazırki iddianın isə heç bir hüquqi əsası yoxdur və həmin tələb məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.8,263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Cavabdeh qarşı “eyvanın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1345/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1345/2021
06.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver