Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1353/2021 04.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Məhərrəmova (Feyzili) Gülər Rüfət qızının iştirakı ilə, Ərizəçi Məhərrəmova (Feyzili) Gülər Rüfət qızı «Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-744 saylı kodu 40600038 olan Dövlət aktının Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına məxsus olması faktının müəyyən edilməsi»nə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi Məhərrəmova (Feyzili) Gülər Rüfət qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə X3, X1, Nümayəndə, X2 və X4 adına verilmiş JN-744 saylı, kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına aid hissədə Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhərrəmova (Feyzili) Gülər Rüfət qızı ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair” JN-744 saylı kodu 40600038 olan Dövlət aktında göstərilmiş hüquq sahiblərinin adları siyahısında 4-cü sırada Məhərrəmova (Feyzili) Gülər Rüfət qızının soyadı texniki səhv olaraq Feyzili əvəzinə “Muradova” kimi qey edilmişdir. Qeyd edilən JN-744 saylı, kodu 40600038 olan Dövlət aktı üzrə mülkiyyətə verilmiş torpaq sahəsini özəlləşdirməsi ilə bağlı DƏDRX-nin 9 saylı ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, JN-744 saylı Dövlət aktında hüquqsahiblərinin adları siyahısında 4-cü sırada Məhərrəmova (Feyzili) Gülər Rüfət qızının soyadı texniki səhv olaraq Fezili əvəzinə “Muradova” kimi qeyd edilmişdir. Qeyd olunan JN-744 saylı Dövlət aktında göstərilən texniki səhvdə düzəliş edilmədən əməliyyat aparılması mümkün deyildir. Həmin səhvə düzəliş məhkəmə qaydasında edilməlidir. Ona görə də məhkəmədən Qəbələ rayon AİK-nin 25.06.1998-ci il tarixli 11 saylı qərarı ilə X3, X1, Nümayəndə, X2 və X4 adına verilmiş JN-744 saylı, kodu 40600038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına aid hissədə Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşə maraqlı şəxs qismində cəlb edilmiş DƏDRX-nın 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhərrəmova (doğum haqqında şəhadətnamədə Feyzili) Gülər Rüfət qızı xx.xx.1992-ci ildə Qəbələ rayonu, Bum Qəsəbəsində anadan olmuşdur. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X6 nikah bağlandıqdan sonra ərin soyadı- Məhərrəmova soyadı verilmişdir. İşə əlavə JN-744 seriyalı, Kod 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, X9, X10 qızı, Nümayəndə, X8 və X4 mülkiyyətinə Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 25 iyun tarixli 11 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.49 hektar torpaq sahəsi Kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. İşə əlavə olunmuş DƏDRX-nın 9 saylı Qəbələ Ərazi İdarəsinin X7 11 mart 2021-ci il tarixli, **********54 №-li məktubundan görünür ki, torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddsəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 saylı qərarı ilə verilmiş JN-744 seriyalı, Kod 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçiyə məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları və məhkəmə iclasında ərizəçinin izahatından da aydın görünür ki, JN-744 seriyalı, Kod 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş Məhərrəmova (Feyzili) Gülər Rüfət qızı ilə ərizəçi eyni şəxsdir. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə təmin edilsin. JN-744 seriyalı, Kod 40600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının X5 aid hissədə Məhərrəmova (Feyzili) Gülər Rüfət qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1353/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1353/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver