Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1357/2024 09.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun mülkiyyətində olan, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə verilmiş 0.26 ha torpaq sahəsi üçün nəzərdə tutulmuş JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (889 nömrə ilə kitabda qeydiyyata alınmış) ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onun atası-X3, anası-X1r. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə Mingəçevir şəhərində fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün nəzərdə tutulmuş torpaqlardan 0.26 hektar torpaq sahəsi onun mülkiyətinə verilmiş, bununla bağlı JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməklə, 889 nömrə ilə kitabda qeydiyyata alınmışdır. Bu ilin yanvar ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə Çıxarış alınması ilə bağlı müraciət etmişdir. Həmin idarədən ona bildirmişlər ki, Çıxarışın verilməsi mümkün olmayacaq. Yazılı formada məktub təqdim edərək ona Çıxarışın verilməsinin mümkün olmamasının səbəbini bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səriştəsiz işçinin səhvi ucbatından atasının adı Səyyar deyil, səhvən Səyyaf kimi yazılmışdır. Ata adında olan səhvliyin düzəldilməsi onların səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsinə reyestrdən Çıxarış almaq istəyir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi Vəkil ərizəçinin izahatına uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-230B KOD 90200002 saylı şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə Ərizəçi Səyyaf oğluna Mingəçevir şəhərində 0.26 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN- 230B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Ərizəçi Səyyaf oğlu” ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan AZE seriyalı №0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş Ərizəçi anası X4, atası X2r. İşdə olan AZE seriyalı №04719735 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1938-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. İşdə olan AO №0512207 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən Ərizəçi xx.xx.2003-cü il tarixdə verilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə Mingəçevir şəhərində yerləşən 0.26 ha torpaq sahəsi, JN-230B KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə «Ərizəçi Səyyaf oğlu»na verilmişdir. Lakin həmin sənəddə Ərizəçi ata adı “Səyyar” olduğu halda, səhvən “Səyyaf” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Səyyaf oğlu” adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materialları ilə müəyyən olunur ki, təsdiq olunması xahiş edilən hüquqi əhəmiyyətli faktıərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-230B KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1357/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1357/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver