Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-136/2025 18.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Mingəçevir şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanı və Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanser) fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qızı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qızının üzərində qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qızı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun övladı 01 avqust 2006-cı il təvəllüdlü X10 anadangəlmə ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə Mingəçevir şəhər Rayonlararası psixonevroloji dispanserdə qeydiyyatdadır. O, öz hərəkətlərinin mahiyyətini anlamır, öz hərəkətlərinə hesabat vermir və özünü idarə edə bilmir. Ona həkim ekspert komissiyasının qərarı ilə birinci dərəcəli əlillik müəyyən edilmişdir. X18 öz hərəkətlərinin mahiyyətini anlamadığı, özünü idarə edə bilmədiyi öz hüquq və manefeyini müdafiə etmək və həyata keçirmək iqtidarında olmadığı üçün o, ona qayğı və quluq göstərir. Qızı artıq 18 yaşına çatdığı üçün onun üzərində qəyyum təyin edilməlidir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına və Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanserinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Maraqlı şəxs Mingəçevir Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına və Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanserinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, rəyi, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan 3 saylı MİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 388 saylı arayışdan görünür ki, Əliyeva X7 şəhəri D.Əliyeva küçəsi ev 16, mənzil 24 ünvanda yaşayır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Əliyeva X7 şəhəri D.Əliyeva küçəsi ev 16, mənzil 24 ünvanda qeydiyyatdadır. Şəxisyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə X9 və Ərizəçi birgə nikahlarından doğulmuşdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo Nevroloji Dispanser tərəfindən verilmiş 1330 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 2017-ci ildən X2 “ağır dərəcəli əqli gerilik, qulluq və mülaicə tələb edən ciddi davranış pozuntusu” diqonozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında elektron çıxarışdan görünür ki, X10 birinci dərəcəli əlildir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X5 nikahı 28 iyul 2005-ci ildə Mingəçevir şəhər VVADQ şöbəsində 282 nömrə ilə qeydə alınmış arvada “Əliyeva” soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Əliyeva X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X10 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diqonozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Ambulator Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 983 saylı rəyindən görünür ki, X6 dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.2006-cı il tarixdə doğulmuş qızı X6 dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT- 10 diaqnozu ilə psixiatrik müşahidə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X4 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X8 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 960 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin qızı X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin qızı X8 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin qızı X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-136/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-136/2025
18.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver