Məhkəmə qərarları › İş №2(051)-1361/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1361/2024

19.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1361/2024 19.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Ərizəçilər X4 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızının hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “JN-324F, Kod 90200002” torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızına və X11 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslnadırılmışdır ki, onlar hal-hazırda ünvan 1 ünvanda yaşayırlar. Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.05 hektar torpaq sahəsi onlara məxsusdur. Bununla bağlı onlara “JN-324F, Kod 90200002” torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədədə göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il 293 nömrəli qərarı ilə verilmiş 0.05 hektar torpaq sahəsi onların mülkiyyətə verilmiş, şəhadətnamə isə 2791 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə “Ərizəçi1” yazılmalı olduğu halda səhvən “X12” yazılmış, “Ərizəçi2” yazılmalı olduğu halda “X6” yazılmış, “Ərizəçi4” yazılmalı olduğu halda “X18” yazılmış, “Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızı” yazılmalı olduğu halda səhvən “X9” yazılmış və “X22” yazılmalı olduğu halda səhvən “X19” yazılmışdır. İmtina məktublarından da göründüyü kimi adlar arasında uyğunsuzluq olmuşdur. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yalnışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X17 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “JN-324F, Kod 90200002” torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin onlara, yəni Ərizəçi1, Ərizəçi2, X23 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızına məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər X4 və Ərizəçi4 məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Ərizəçilər Ərizəçi2, Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızına və Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə mülki işə ərizəçilər Ərizəçi2, Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızının və Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçilərə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan Ərizəçi1 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1990-cı il tarixdə X22 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan X7 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1992-ci il tarixdə X22 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan Ərizəçi4 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1993-cü il tarixdə X22 ilə X2 birgə nikahından doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X13 ilə X14 arasında xx.xx.2013-cü il tarixdə Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən rəsmi nikah bağlanmış və həmin nikah 14 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X26 ilə X15 arasında bağlanmış nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X20 ilə Ərizəçi1 arasında bağlanmış nikaha xx.xx.2016-cı il tarixdə xitam verilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 ilə X5 arasında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsinə əsasən xx.xx.1996-cı il tarixdə xitam verilmişdir. İşdə olan Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sadıqova X8 şəhəri, 2-ci Təbriz döngəsi, ev 33 ünvanda qeydiyyatdadır. İşdə olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi3 Balakən rayonu, Gərəkli Ə/D, Gərəkli kəndində qydiyyatdadır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-324F KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0,05 ha torpaq sahəsi ərizəçilərin atası X1 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-324F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə ərizəçilər Ərizəçi1 soyadı “Məmmədova” kimi, ata adı “Sadiq” kimi, Ərizəçi2 soyadı Sadıqova ata adı “Alməmməd”, Ərizəçi4 soyadı Məmmədova ata adı “Sadiq” və Sadıqova (Ərizəçi3 soyadı Məmmədova ata adı “Sadiq” kimi yazılmışdır. Hazırda ərizəçilər sənəddəki ad və ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-324F KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızına məxsusdur, həmin sənəddə yazılmış “X12”nın adı, ata adı və soyadı “Ərizəçi1 Sadiq qızı”, kimi, X3 adı, ata adı və soyadı “Ərizəçi2 Alməmməd qızı” kimi, “X18 adı,ata adı və soyadı Sadıqova (Aytən Sadiq qızı kimi və “X9”nın adı, soyadı ata adı “Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızı” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-324F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN-324F KOD-90200002 ilə JN- 324F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadıq qızının məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-324F KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və Sadıqova (Mustafayeva) Tünzalə Sadiq qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar