Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1367/2024 30.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs1) qardaşı X6 fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə işə məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, qardaşı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qardaşı, xx.xx.1972-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X12 onun doğma qardaşıdır. Anadangəlmə xəstədir. Keçirilmiş uşaq serebral iflicindən sonrakı aşağı ətrafların parapareizi, yüngül dərəcəli debillik xəstəliyindən əziyyət çəkir, əqli cəhətdən hərəkətlərinin mənasını başa düşmür, dərk etmir, nitq qüsurludur. Qardaşına qayğı və qulluq göstərir. 1 ildən artıqdır ki, onunla birgə yaşayır. İ dərəcəli əlildir. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluğun təyin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik komissiyasına və Mingəçevir şəhər Ruhi əsəb xəstəlikləri Dispanserinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, rəyi, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1972-ci il tarixdə X7 ilə X9 birgə nikahından doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə X7 ilə X9 birgə nikahından doğulmuşdur. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X12 İ-ci qrup əlil hesab edilmişdir. işdə olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 849 arayışdan görünür ki, 1972-ci il təvəllüdlü X12 xx.xx.2024-cü ildən yüngül əqli gerilik USİ əlaqələnmiş diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Ambulator Məhkəməpsixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 540 saylı rəyindən görünür ki, X13 “X11 (İfadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X12 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1972-ci il tarixdə doğulmuş X4 “X11” diaqnozu ilə psixiatrik müşahidəyə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X5 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X8 fəaliyyət qabiliyyətli olmaması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 540 saylı nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin Qardaşı X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin anası X10 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1367/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1367/2024
30.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver