Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1381/2020 02.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh qarşı «mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Mingəçevir şəhəri V. Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzilinə Cavabdeh 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları birgə olan istifadə hüququna 4000 (dörd min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcmini artıraraq izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Vaqif Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzili xx xxxxxx 2017ci ildən iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı Rüfət Səmədovun arvadıdır. Onlar 2002-ci ildə nikaha girib evlənmişlər. Birgə evlilikdən onların 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları olmuşdur. Onlar 2006-cı ildən mübahisəli mənzil olan V.Abdullayev küçəsi 8, mənzil 17-ə köçüb yaşamağa başlamışlar. İddiaçının qardaşı Rüfətlə Cavabdeh arasındakı münasibət normal olmadığından onlar faktiki ayrılmış və iddiaçının qardaşı könüllü həmin mənzildən çıxmışdır. Cavabdeh və qızı Lalə isə əvvəllər bu mənzildə yaşasalar da xx xxxx 2019-cu ildən əmlaklarını da götürüb çıxmışlar. İddiaçının anası Asya Səmədova vəfat etdikdən sonra qoca atası iddiaçının himayəsində qalmışdır. İddiaçı atası ilə birgə həmin mənzildə yaşayır. Belə ki, cavabdehlər iddiaçının atasına baxmaqdan imtina etdikləri üçün o buna məcbur qalmışdır. Hazırda iddiaçının qardaşı Rüfət Səmədov həbs olunduğundan oğlu Namiq iddiaçının himayəsindədir. Namiqə anası baxmadığından iddiaçı baxır. Mübahisəli mənzil iddiaçıya anası Asya Səmədovadan miras qalmış, atası və qardaşı hər birinə vərəsəliklə keçən 1/3 hissədə miras paylarını iddiaçıya bağışlamışlar. İddiaçı cavabdehə qarşı mənzilə istifadə hüququnun olmaması barədə iddia qaldırmışdır. İddianın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilərək göstərilmişdir ki, « Ona görə də kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Cavabdeh mənzilə olan istifadə hüququ Rüfət Səmədovun mənzilin 1/3 hissəsinə mülkiyyət hüququndan törəmə olduğundan, sonuncunun öz payını xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən bacısı İddiaçı bağışlaması, bir sözlə mənzilə istifadə hüququna xitam veıulməsi üçün əsas sayıla bilməz və ya onun mənzildən istifadə hüququnun olmaması qənaətinə əsas vermir».Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020 -ci il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmaması tələbi təmin olunmamışdır.Hazırda vəziyyət bu şəkildədir ki, mənzilində iddiaçının atası Namiq Səmədov, qardaşı Rüfət Səmədov, onun arvadı Cavabdeh və onların 2 uşağı qeydiyyatdadır. Rüfət Səmədov həbsdə, Cavabdeh qızı Lalə ilə birlikdə faktiki Yevlax rayonu Hürüuşağı kəndində yaşayır, oğlanları azyaşlı Namiq Səmədov isə iddiaçının himayəmdədir. Qətnamənin məzmunundan görünür ki, xx xxxxxx 2015-ci ildə vəfat etmiş iddiaçının anası Asya Səmədovadan miras qalmış mənzildən Rüfət Səmədovun həmin vaxtdan miras payı yarandığından Cavabdehnm da istifadə hüququ həmin tarixdən yaranmışdır. xx xxxx 2019-cu ildən isə Cavabdeh həmin mənzildə yaşamır. Yevlax rayonu Hürüuşağı kəndində Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yaşamaqla təsərrüfatla məşğuldur. Hazırda Mingəçevir şəhəri V. Abdullayev küçəsi 8 saylı evin, 4 otaqlı 17 saylı mənzilinin 1/3 hissəsinə Cavabdeh xx xxxxxx 2015-ci ildən yaranmış istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini istəyirlər. Ümumi razılığla gələ bilmədiyiklərindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzilinə Cavabdeh 2003-cü il təvəllüdlü Namiq, 2006-cı il təvəllüdlü Lalə adlı övladları birgə olan istifadə hüququna 6000 (altı min) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, 2002-ci ildə iddiaçının qardaşı X4 ilə rəsmi qaydada nikaha daxil olub ailə qurmuşdur. Toydan sonra Rüfət Səmədovun və ailəsinin yaşadığı, Mingəçevir şəhərinin V.Abdullayev küçəsində yerləşən 21 saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Bütün cehiz əmlakını da həmin ünvana yerləşdirmişdir. R.Səmədov ilə arasında olan birgə nikahlarından Namiq və Lalə adlı iki uşaqları doğulmuşdur. Onun başqa yaşayış yeri yoxdur və övladları ilə birlikdə sözügedən mənzildə yaşamaqdadır. Sözügedən mənzil onun istifadəsində olmasını və onun başqa bir yaşayış yerinin olmamasını nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı, ******* saylıçıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhərinin Vaqif Abdullayev küçəsindəki 8 saylı evin 17 saylı mənzili İddiaçı adına xx xxxxxx 2017-ci il tarixdə qeydə alınmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-785/2019 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)- 2409/2019 saylı qətnaməsi və Ali Məhkəmənin 2(102)- 1065/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir ŞəhərMəhkəməsinin (hakim Hüseyn Mirzəliyev) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməsi qət edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X3 apelyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətin təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Mingəçevir şəhəri, V.Abdullayev küçəsindəki 8 saylı evin 17 saylı mənzilinə istifadə hüququnun olmaması barədə tələbi əsaslı olduğu üçün təmin edilmiş, İddiaçı ödədiyi 10 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020- ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(051)- 785/2019 saylı qətnaməsi ləğv edilərək, iş apelyasiya qaydasında yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(051)-785/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmədə müəyyən olundu ki, Mingəçevir şəhəri, Vaqif Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən mənzildə cavabdehin istifadə hüquqları vardır. Hazırda Cavabdeh öz müliyyət hüquqlarını lazımi qaydada icra edə bilmədiyi üçün cavabdehlərin sözügedən mənzildən 3000 manat kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır: İlk növbədə iddia tələbinin əsası olan cavabdehə kompensasiya kimi 6000 manat məbləğində pul təklif etməsi məhkəmə tərəfindən qəbul edilməzdir. Belə ki, Cavabdeh öz övladları ilə birgə göstərilən mənzildən başqa yaşayış yeri yoxdur. Cavabdehin himayəsində iki nəfər azyaşlı uşaqları vardır və iddia təmin ediləcəyi təqdirdə uşaqları ilə birlikdə mənzildən çıxmalıdır. Cavabdehin mülkiyyətində və ya istifadəsində başqa yaşayış sahəsi yoxdur. Cavabdehin istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmış və cavabdeh sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə və göstərilən məbləğə razı olmamışdır. Cavabdehə təklif olunan kompensasiyanın məbləği, Mingəçevir şəhərinin ərazisində başqa yerdə əvvəlki mənzildə olmuş şəraitlə müqayisədə ona oxşar şəraitdə yaşamaq imkanı vermir və cavabdehlərin mənzildən istifadə hüququnun itirilməsi üçün yetərli deyildir. İddiaçı tərəfindən cavabdehlərə təklif olunun 6000 manat pul isə bugünki kirayə bazar qiymətləri ilə mütənasiblik təşkil etmir. İki uşaq da olmaqla cəmi 3 nəfərdən ibarət ailə üzvünün 6000 manat müqabilində mənzildən istifadə hüququna xitam verilməsi məqsədə müvafiq deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İddia tələbinin hüquqi əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, özünəməxsusluğunu şərtləndirən müxtəlif meyarları nəzərə alınmaqla müəyyən olunmalıdır. Bu meyarlar kimi məhkəmə hesab edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehlərin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehlərin istifadə hüququnun yaranma müddəti, cavabdehlərin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, cavabdehlərin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehlərin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər. Bundan başqa qətnamə qəbul olunarkən uşaqlar barəsində görülən bütün tədbirlər də uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməli, uşaqların hüquqları daha üstün tutulmalı, hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmalı və dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. İş materiallarından da görünür ki, cavabdehin himayəsində iki nəfər azyaşlı uşağı var və onların digər yaşayış yerləri yoxdur. Odur ki, məhkəmə hesab edir ki, azyaşlı uşaqların da mənafeləri nəzərə alınmalıdır. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq hüquqları haqqında» qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı 6000 manat kompensasiya ödəməklə Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 17 saylı mənzilinə cavabdehin, 2003-cü il təvəllüdlü Namiq və 2006-cı il təvəllüdlü Lalə adlı övladları ilə birgə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1381/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1381/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver