Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1383/2020 08.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlu sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Ərizəçi Tamoyev Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tamoyev Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olna faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Bununla belə, işdə olan Mingəçevir şəhər məhkəməsinə aid rəsmi bildirişlərdən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə ətraflı məlumat verilmişdir. Onlara həmin məlumatın göndərilməsi təsdiq olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar hər hansı səbəb göstərmədən məhkəməyə gəlməmiş və ya gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi Tamoyev Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1383/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1383/2020
08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver