Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1399/2022 14.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X1, X2, X4 və X7 ilə bərabər, ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx xxxx 1990-ci il tarixdə doğulmuşdur. 18 sentyabr 2010-cu ildə X17 ilə rəsmi nikah bağlamala evlənmişdir. Nikah bağladıqdan sonra o, Nəcəfova soyadı götürmüşdür. 90-cı illərin əvvəllərində aparılan torpaq islahatı ilə əlaqədar Mingəçevir şəhər ərazisində olan onun və ailə üzvülərinin mülkiyyətinə 0,30 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-288F KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Ancaq həmin şəhadətnamədə onun adı səhv olaraq Xasməmmədova “Aygün” Ənnağı qızı kimi qeyd olunmuşdur. X13 və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş, sonradan həmin komitə ləğv olunmasına görə səhvi düzəltdirmək mümkün olmamışdır. Həmin komitənin bütün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmişdir. Xidmətə müraciət etməyiminə baxmayaraq, həmin orqan tərəfindən müraciətdən adının düzgün qeyd olunmaması səbəbindən imtina olnumşdur. Ona görə də məhkəməyə müraciət etmişdir. Hesab edir ki, şəhadətnamənin X1, X2, X4 və X7 ilə bərabər, ona məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Ərizəçi məxsus doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, atası X5 və anası X6 olmaqla xx.xx.1990-cü il tarixdə doğulmuşdur. İşdə olan Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1, X2, X4 və X7 və X3 Mingəçevir şəhər ərazisində olan 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********72 saylı bildirişdən görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər ərazisində olan 0,30 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinə Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmişdir. Lakin həmin sənəddə Ərizəçi adı səhvən “Aygün” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “X8” nın adı “X9” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-288F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1399/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1399/2022
14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver