Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1401/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi və Ərizəçi: Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X3, Maraqlı şəxs Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 11.04.1981-ci il təvəllüdlü bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X6 Ərizəçi bacısıdır. Aynurə İbrahimova 1981-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuşdur. Hazırda Aynurə əlil olmaqla Mingəçevir Psixo-Nevroloji Disponserində “paranoid şizofreniya” diaqnozu ilə qeydiyyatdadır. 2-ci qrup əlildir. Hər zaman valideyinləri ilə və Ərizəçi ailəsi ilıə birlikdə yaşamışdır. Ona Ərizəçi qulluq etmişdir. Aynurə əlil oduğundan daimi kənar şəxsin köməyinə ehtiyacı vardır. Çox vaxt ya ruhi xəstəxanada, yaxud da onun yanında qalmışdır. O, hərəkətlərini dərk etmir və hərəkətlərinə cavabdehlik daşımır. Onun üzərində qəyyum təyin edilməmişdir. Bununla bağlı həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Məhkəmənin qanuni qüvvəsinə minmiş qətnaməsi əsasdır. Ona görə də məhkəmədən 11.04.1981-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X14 izahatında göstərdi ki, ekzpertizanın rəyini nəzərə alaraq X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11.04.1981-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuşdur. İşə əlavə olunmuş Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponser tərəfindən verilmiş 850 saylı 08.06.2021-ci il tarixli arayışdan görünür ki, X6 07.01.2003-cü ildən Mingəçevir şəhəri Rayonlararası Psixonevriloji Disponserdə paranoid şizofreniya kənar şəxsin köməyinə və qulluğuna daima ehtiyacı var diaqnozu ilə qeydiyyatdadır. İşə əlavə edilmiş 7 saylı MİS tərəfindən verilmiş 10.06.2021-ci il tarixli 256 saylı arayışdan görünür ki, Ərizəçi Ş.İ.ünvan 1 ünvanda yaşayır. İşə əlavə edilmiş 8 saylı MİS tərəfindən verilmiş 10.06.2021-ci il tarixli 669 saylı arayışdan görünür ki, X6 qızı A.Məmmədov küçəsi ev 8/3, mənzil 39 ünvanda yaşayır. İşə əlavə edilmiş Dövlət Sosial Müdafiə X17 şəxsin 17 saylı Regional Ərazi Filialının Mingəçevir şəhər Qəbul Şöbəsi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli arayışdan görünür ki, X6 İİ qrup əlilliyə görə müddətsiz 259,78 manat əmək pensiyası alır. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi Məhkəmə X5 X19 tərəfindən verilmiş 10.09.2021-ci il tarixli 2106 saylı rəyindən görünür ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidaırna malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X6 onda müəyyən edilən Şizofreniya paranoid forma əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında Ərizəçi X1 bacısı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, qət etdi: Ərizəçinin tələbi təmin edilsin. 11.04.1981-ci ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinın Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1401/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1401/2021
20.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver