Məhkəmə qərarları › İş №2(051)-1417/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1417/2022

18.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1417/2022 18.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 yanında qəyyumluq və himayə orqanın nümayəndəsi X12 və Mingəçevir şəhər X1 nümayəndəsi X4 iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi oğlu X7 fəlaiyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, 02 may 1986-cı il təvəllüdlü oğlu X8 anadangəlmə ruhi xəstədir. X17 1993-cü ildən Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs1də “çox ağır əqli gerilik, qulluq və nəvazişlər tələb edən davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və vaxtaşırı müalicələr alır. Rövşən onun himayəsində yaşayır və ona baxır, qayğı-qulluq göstərir. X11 pensiya kartını almaq üçün, onu xəstəxanaya aparmaq və digər yerlərdə təmsil etmək üçün ona qəyyum təyin olunmalıdır. Bununla bağlı İcra Hakimiyyətinə müraciət etmiş, Maraqlı şəxs2 ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması üçün məhkəmə qətnaməsi tələb olunduğunu bildirmişdir. Hesab edir ki, oğlunun hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, X17in fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs2 yanında qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X5 Rzayevin psixi vəziyyətini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Mingəçevir şəhər X1 nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçinin X17 Maraqlı şəxs1də “çox ağır əqli gerilik, qulluq və nəvazişlər tələb edən davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və psixiatrik müşahidəyə götürülübdür. Rövşən Rzayevin psixi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə ərizəçini, maraqlı şəxslərin nümayəndələrini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 may 1986-cı il təvəllüdlü X7 atası X13, anası Ərizəçidır. İşə əlavə edilmiş 4 saylı MİS-dən verilmiş arayışdan görünür ki, X8 və Rzayeva X2 şəhəri Nizami prospekti, ev 10/37, mənzil 27 ünvanda yaşayırlar. İşdə olan Mingəçevir Maraqlı şəxs1 verilmiş 18 aprel 2022-ci il tarixli 626 №-li arayışdan görünür ki, X8 xx.xx.1993-cü ildən “çox ağır əqli gerilik, qulluq və nəvazişlər tələb edən davranış pozuntuları” diaqnozu ilə psixiotrik müşahidəyə götürülüb. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 606 saylı rəyində göstərilir ki, X8 uşaqlıqdan ağır dərəcəli əqli gerilik, davranış pozuntularıilə XTB-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək iqtidarında deyildir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib belə hesab edir ki, ərizə təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏTETDİ: Ərizə təmin olunsun. 02 may 1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar