Məhkəmə qərarları › İş №2(051)-1430/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1430/2020

09.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1430/2020 09.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, X3katibliyi, X1 (qanun üzrə nümayəndə X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı mirasdaki payların müəyyənləşdirilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X1 (qanun üzrə nümayəndə X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına mirasdaki payların müəyyənləşdirilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizə baxılmamış saxlanılır. İşə əlavə olunmuş Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 1266 saylı, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 ölümündən sonra oldan miras qalmış əmlak qanun üzrə vərəsələr arasında 1/9 hissədə pay almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasını tətbiq etmək imkanı itirilməmişdir. Belə ki, iddiaçı notariat ofisinə müraciət etmiş və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Həmçinin, izahat edilməlidir ki, MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: X1 (qanun üzrə nümayəndə X5) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı mirasdaki payların müəyyənləşdirilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar