Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1439/2020 28.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə sənədin məxsusluğu faktının müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək sənədin məxsusluğu faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Maraqlı şəxs xx xxx 2002-ci il tarixli 006346 saylı orderi əsasında nənəsi X2 Mingəçevir şəhəri Təbriz küçəsi 13 №-li evin 36 №-li mənzili vermişdir. Lakin həmin orderdə onun adı “Aqil” deyil “Adil” kimi göstərilmişdir. Adil onun əmisidir. Nənəsi artıq vəfat edib. Hazırda nənəsinin adında qalmış mənzilin sənədləşdirilməsi zərurəti yaranmışdır. Orderdə onun adı düzgün qeyd olunmadığı üçün mənzilin sənədləşdirilməsi məsələsinin həllində müəyyən problemlər yaranmışdır. Adının həmin orderdə düzgün yazılmaması barədə sənədi başqa yolla əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını, Mingəçevir şəhəri Təbriz küçəsi 13 №-li evin 36 №-li mənzilinə nənəsi X1 adına verilmiş xx xxx 2002-ci il tarixli 006346 №-li orderdə adının “Adil” deyil “Aqil” olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Şahid X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı oğludur. Adil Aqilin əmisini adıdır. Qeyd edilən orderdə Aqilin adı səhvən Adil yazılmışdır. Şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, ərizəçi Aqil onun oğlu, Adil isə qardaşıdır. Lakin qeyd edilən orderdə Aqilin adı səhvən Adil yazılmışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İşə əlavə olunmuş 9 saylı MİS-dən verilmiş 852 N-li xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavadzadə X11 şəhəri Təbriz küçəsi ev 13, mənzil 36 ünvanda yaşayır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. İşə əlavə olunmuş doğum haqqında şəadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx xxxx 1993-cü il təvəllüdlü Ərizəçi atası X8, anası X9r. İşdə olan Mingəçevir şəhər İHB-nın 131 №-li sərəncamı ilə verilmiş 006346 №-li xx xxx 2002-ci il tarixli orderin surətindən görünür ki, Mingəçevir şəhəri Təbriz küçəsi, 13 №-li evin 36 №-li mənzili X1 adına qeyd edilməklə mənzil onun, əri X4, oğlu X10, oğlu X8, gəlini X13, nəvələri X14 və X5 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Maraqlı şəxs Başçısının 131 №-li xx xxx 2002-ci il tarixli sərəncamı ilə və 006346 №-li xx xxx 2002-ci il tarixli orderlə Mingəçevir şəhəri Təbriz küçəsi 13 №-li evin 36 №-li mənzili X1 adına qeyd edilməklə onun və ailəsinin, o, cümlədən nəvəsi Ərizəçi istifadəsinə verilmişdir. Lakin orderdə Aqilin adı “Adil” qeyd edilmişdir. Adının orderdə səhvən Adil kimi qeyd edilməsi ərizəçinin mənzilə olan hüququnun həyata keçirilməsi imkanını məhdudlaşdırır. Ona görə də ərizə təmin olunmalı, Mingəçevir şəhəri Təbriz küçəsi 13 №-li evin 36 №-li mənzilinə X1 adına verilmiş xx xxx 2002-ci il tarixli 006346 №-li orderdə qeyd edilmiş Cavadzadə Adil adının Ərizəçi aid olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Mingəçevir şəhəri Təbriz küçəsi 13 №-li evin 36 №-li mənzilinə X1 adına verilmiş xx xxx 2002-ci il tarixli 006346 №-li orderdə Cavadzadə Adil adının Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1439/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1439/2020
28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver