Məhkəmə qərarları › İş №2(051)-1449/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1449/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1449/2024 30.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi Hacıyev Aydın İnqilab oğlunun iştirakı ilə Ərizəçi Hacıyev Aydın İnqilab oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Hacıyev Aydın İnqilab oğlunun hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 02 may 2000-ci il tarixli, 199 saylı qərarı ilə Abdullayeva Güləsər Baxış qızına 0.16 ha torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası Hacıyeva Güləsər Baxış qızına, atası Hacıyev İnqilab oğluna məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Cəfərov Vüqar Səfər oğlu məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə atası Cəfərov Səfər Xudu oğluna Mingəçevir şəhərində yerləşən 0.09 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə JN-2040A KOD-90200002 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi atası Cəfərov Səfər Xudu oğlunun adınadır. Lakin ona verilmiş dövlət aktında səhv olaraq Səfərov Səfər Xudu oğlu yazılmışdır. Mövcud yalnışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də, həmin orqan tərəfindən onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Hesab edir ki, həmin dövlət aktının ona məxsus olması faktı müəyyən edilməlidir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Cəfərov Vüqar Səfər oğluna məxsus doğum haqqında şəhadətnamədən görünür ki, o, 06.11.1976-cı il tarixdə Cəfərov Səfər Xudu oğlu ilə Cəfərova Afət Vedi qızının birgə nikahından doğulmuşdur. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cəfərov Səfər Xudu oğlu ilə Talıbova Afət Vedi qızı arasında 29.08.1975-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən rəsmi nikah bağlanmış və həmin nikah 213 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cəfərov Səfər Xudu oğlu 08.04.2023-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-2040A KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə Səfərov Səfər Xudu oğluna Mingəçevir şəhərində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23.10.2023-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0.09 ha torpaq sahəsi ərizəçinin atası Cəfərov Səfər Xudu oğluna Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-2040A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə Cəfərov Səfər Xudu oğlunun soyadı səhvən “Səfərov” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad və soyad uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-2040A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Cəfərov Səfər Xudu oğluna məxsusdur, həmin sənəddə yazılmış “Səfərov Səfər Xudu oğlu” nun soyadı “Cəfərov Səfər Xudu oğlu” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-2040A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-2040A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin atası Cəfərov Səfər Xudu oğluna məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏ T E T D İ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-2040A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin atası Cəfərov Səfər Xudu oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar