Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1455/2025 01.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 1 saylı evin, 26 saylı mənzilinin X2 mülkiyyətində olmasına dair Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli qeydiyyat vəsiqəsinin X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, anası X5, atası X6r. Atası X7 07 İyun 2023-cü ildə vəfat etmişdir. Ondan Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ev 1, mənzil 26 ünvanda yerləşən daşınmaz əmlak miras qalmışdır. Həmin əmlakla bağlı vərəsəlik işi açılaraq mirasın qəbulunu rəsmləşdirmək istəyir. Ancaq həmin evə dair 08 iyul 1992-ci ildə Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki inventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsində atasının adı Babək kimi göstərilmişdir. Bununla bağlı 17 saylı Ərazi İdarəsinə müraciət edərək müvafiq düzəliş aparılması üçün müraciət etmiş, ancaq ərizəsi təmin olunmamışdır. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi - Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 17 iyun 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində mərhum X2 mülkiyyət hüququnun dövlət reyestrində təkrar qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsinə və qeydiyyat vəsiqəsində texniki səhv olaraq qeyd edilmiş adın çıxarılaraq yeni adın əlavə edilməsi ilə bağlı ərizə ilə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 17 saylı Yevlax Ərazi idarəsində baxılmışdır. Təqdim edilən sənədlərin düzgünlüyü idarənin arxiv materiallarına əsasən yoxlanılmışdır. xx.xx.1992-ci il tarixli, 911/92 saylı qeydiyyat vəsiqəsində texniki səhv olaraq qeyd edilmiş adın çıxarılaraq yeni adın əlavə edilməsi, yəni müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsinin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeydiyyat vəsiqəsinin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmə orqanlarının səlahiyyətinə aid olması qeyd olunmuşdur. İşdə olan 3 saylı MİS-in xx.xx.2025-ci il tarixli, 232 nömrəli arayışından görünür ki, X7 08 iyul 1992-ci ildən 07 iyul 2023-cü il tarixədək, yəni ölənə kimi ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşamışdır. İşdə olan AZ-İİ 341054 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 05 oktyabr 1946-cı ildə Zərdab rayonu Məmmədqasımlı kəndində anadan olmuş X7 07 iyun 2023-cü ildə vəfat etmiş və onun ölümü 08 iyun 2023-cü il tarixdə 258 nömrəli akt qeydi ilə Mingəçevir “ASAN xidmət” mərkəzində dövlət qeydiyyatına alınmışdır. İşdə olan Azərbaycan Sovet Sosialist Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli, 911/92 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 1 saylı evin, 26 saylı mənzil X3 adına qeyd olunmuşdur. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Elşən X1 oğludur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarının 2.1-ci bəndinə əsasən texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi” qeyri yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlərdən biri hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 1 saylı evin, 26 saylı mənzil X2 adına qeydə alınmışdır. Lakin həmin qeydiyyat vəsiqəsində onun adı “Babik” kimi deyil, “Babək” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Sovet Sosialist Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli, 911/92 nömrəli qeydiyyat vəsiqəsinin X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial, əmlak və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün olmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Sovet Sosialist Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli, 911/92 nömrəli qeydiyyat vəsiqəsinin X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Sovet Sosialist Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyi Mingəçevir rayonlarası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 08 iyul 1992-ci il tarixli, 911/92 nömrəli qeydiyyat vəsiqəsinin 05 oktyabr 1946-cı il təvəllüdlü X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1455/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1455/2025
01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver