Məhkəmə qərarları › İş №2(051)-1458/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1458/2025

14.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1458/2025 14.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs) oğlu X8 fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, oğlu 29 sentyabr 2006-ci il tarixdə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu X10 29 sentyabr 2006-ci il tarixində Mingəçevir şəhərində doğulmuşdur. Xəstədir, orta dərəcəli əqli geriliyi var. Ciddi davranış pozuntuları ilə Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs qeydiyyatdadır və İİ qrup əlildir. Oğlu doğuş zamanı travma alıb. Yaşına uyğun davranmır. Yoldaşı da ruhi xəstədir. Oğlu ərizəçinin daim nəzarətindədir. Tez-tez epilepsiya tutmaları olur. Məktəbə də gedə bilmir. Bununla belə, əsəbidir. Harasa tək getməyi həm öz həyatı üçün, həm də başqaları üçün təhlükəlidir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uğun izahat verərək bildirdi ki, oğlu Əli Həsənov xəstədir, ciddi davranış pozuntuları vardır. Belə ki, 65 faiz ruhi xəstəliyi vardır. Epilepsiya tutmaları da tez-tez olur. Bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Mingəçevir şəhər Rayonlararası Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, ekspert rəyini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №786 arayışdan görünür ki, 2006-cı il tarixdə ünvan 1 ünvanında yaşayan X10 xx.xx.2020-ci il tarixdən orta dərəcəli əqli gerilik, ciddi davranış pozuntuları diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşdə olan “atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən” görünür ki, X8 atası X7, anası X6r. İşdə olan Daxili İşlər Nazirliyi Tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, X10 və Həsənova X5 şəhəri, H.Əliyev prospekti, ev 82/1, mənzil 69 ünvanında qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş “Tibbi-sosial ekspert Komissiyasında” sonuncu müayinənin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, X9 orta dərəcəli əqli geriliyi, cCiddi davranış pozuntuları ilə səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İşdə olan Mingəçevir Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 277/23 saylı çıxarışdan görünür ki, “orta dərəcəli əqli gerilik, davranış pozğunluğu ilə raxitin əlamətləri” diaqnozu qoyulmuşdur. İşdə olan xx.xx.2026-cı il tarixli, 2635№li “sağlamlıq vəziyyətinin müayinə aktı”ndan görünür ki, X10 orta dərəcəli əqli gerilik, davranış pozğunluğu döş qəfəsində hər ikisinin deformasiyası, üzvi mənşəli enurez diaqnozu qoyulmuşdur. İşdə olan ambulator kitabçadan çıxarışdan görünür ki, X10 qulluq və müalicə tələb edən ciddi davranış pozulması, nitq və dilin inkişafının spesifik pozuntuları, qeyri-üzvi mənşəli enurez diaqnozu ilə müşahidəyə götürülüb. İşdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X8 atası X7, anası X6r. İşdə olan “Məhkəmə-X3” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 543 №li ekspert rəyindən görünür ki, X9 orta dərəcəli əqli gerilik, davranış pozuntuları aşkar olunmuşdur. X10 öz hərəkətinin mənasını başa düşmək, onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.2006-ci il tarixdə doğulmuş oğlu X10 “orta dərəcəli əqli gerilik, ciddi davranış pozğunluğu” diaqnozu ilə Mingəçevir Maraqlı şəxsdə psixiatrik müşahidə altında olmuşdur. Həmin xəstəliyi keçirdiyindən hazırda öz hərəkətlərinin mənasını tam anlayıb öz hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Ona görə də onun xüsusi qulluğa ehtiyacı vardır. X4 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X8 fəaliyyət qabiliyyətli olmaması hesab edilməsi “Məhkəmə-X3” X13 tərəfindən xx.xx.2025-ci il tarixli, 543 №li ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin oğlu X1 onun fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin oğlu X10 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırki ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin oğlu X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.2006-ci il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar