Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1466/2024 30.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Ərizəçi nümayəndəsinin Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004-cü il tarixli 293 nömrəli qərarı əsasında verilmiş JN-3728A, KOD 90200002 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamənin - hüquqmüəyyənedici sənədin mən Ərizəçi qızma məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 23 iyul 2004cü il tarixli 293 nömrəli qərarı ilə Mingəçevir şəhəri Az.DRES qəsəbəsində 0,12 hektar torpaq sahəsi mənim mülkiyyətimə verilmiş, bununla bağlı mənə JN-3728A, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə verilmişdir. Lakin şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 293 saylı qərarında və «Torpağın Mülkiyyətə verilməsinə dair» Şəhadətnamədə atamın adı «Məhəmmədəli» əvəzinə «Məmmədəli» qeyd edilmişdir. Bu səbəbdən torpağa dair müvafiq sənədləşmə aparıla bilmir. Məsələnin həlli ilə bağlı Yevlax 17 saylı Ərazi İdarəsinə müraciətim müsbət həll edilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı əsasən ərizənin məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçilərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 2 iyul 1973-cü ildə Tovuz rayonu Alakol kəndində anadan olmuşdur. İşdə olan Yaşayış yeri üzə qeydiyyat haqqında arayışdan görünür ki, Quliyeva X1 şəhəri, X2 ev 30, mənzil 14 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçiyə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-3728A KOD-90200002 saylı dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə Ərizəçi Məmmədəli qızına Mingəçevir şəhərində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhərində yerləşən 0,12 ha torpaq sahəsi Ərizəçi Məmmədəli qızına Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3728A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə Ərizəçi ata adı “Məmmədəli” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3728A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ ərizəçilər Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Məmmədəli qızı”nın ata adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçi sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3728A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3728A KOD- 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı qərarı ilə JN-3728A KOD-90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №2(051)-1466/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1466/2024
30.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver