Məhkəmə qərarları › İş №2(051)-1469/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1469/2025

22.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1469/2025 22.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi1 iştirakı ilə, Ərizəçilər: Ərizəçi1 və Ərizəçi2n;n (Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) “sənədin məxsusluğu” faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X7 üzrə bağçılıq üzvlərinin 1990-cı il tarixə olan vəziyyəti haqqında siyahıda 7-ci sırada Qəniyav Rza ... kimi qeyd edilmiş şəxsin 07 oktyabr 1997-ci il tarixdə vəfat etmiş mərhum X13İuna məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən siyahıda 7-ci sırada Qəniyev Rza ... kimi qeyd edilmiş şəxsin 07 oktyabr 1997-ci il tarixdə vəfat etmiş mərhum X13İuna məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərin ataları mərhum X13İuna Mingəçevir şəhərində yerİəşən Balıq zavodu üzrə bağçılıq tərəfindən 0.05 ha torpaq sahəsi veriİmişdir. Həmin torpaq sahəsinə dair sənədlər Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş və Bağçılıq üzvlərinin siyahısında atalarının adı səhv qeyd edilmişdir. Hazırda torpaq sahəsinə dair sənəddə səhvin düzəldilməsi üçün 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər, lakin ərizənin icrasının mümkün olmadığı barədə ona biİdiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir. Belə ki, mərhum ataları X8 Mingəçevir şəhərində yerləşən Balıq Zavodu üzrə bağçılıq tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair sənədlər Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən maraqlı şəxsə təhvil verilmiş, orada isə atalarının adları səhv qeyd olunmuşdur. Sənəddəki səhvin düzəldilməsi barədə maraqlı şəxsə məlumat verilsə də, problemin həlli mümkün olmamışdır. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını və sənəddəki yalnışlığın düzəldilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş X3 atası X11, anası X1r. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X5 21 avqust 1981-ci il tarixində Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və 375 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İşdə olan “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-Q-0036-8/2025 saylı məktubdan görünür ki, bağ sahəsinə dair ləğv edilmiş Mingəçevir şəhər, Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş X7 üzrə bağçılıq üzvlərinin adlı siyahısında mərhum X6 adı Qəniyev Rza kimi qeyd edilmişdir. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. İşdə olan X7 üzrə bağçılıq üzvlərinin 1990-cı il tarixə olan vəziyyəti haqqında siyahıdan görünür ki, 7-ci sırada Qəniyev Rzanın adı qeyd olunmuşdur. İşdə olan X4 xx.xx.1999-cu il tarixli, 05 №li arayışından görünür ki, xx.xx.1982-ci il tarixli, 10№li qərarına əsasən, X6 adına 0.5 sot torpaq sahəsi var. İşdə olan xx.xx.2025-ci il tarixli, 155№li arayışdan görünür ki, Ərizəçi1 Y.Mənsurov küçəsi, ev1, mənzil 5 ünvanında yaşayır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Ərizəçi2, atası X11, anası X1r. İşdə olan Mingəçevir regional “Asan Xidmət” X2 tərəfindən 16 dekabr 1999-cu il tarixdə tərtib olunmuş 136№li akt qeydi ilə alınmış və arvada “Qasımova” soyadı verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-2999/2025 saylı məktubdan görünür ki, X6 adına ayrılmış torpaq sahəsi Ərazi İdarəsinin arxivində mövcud deyildir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər, Balıq Zavodu tərəfindən verilmiş Mingəçevir şəhər, Bağlar İdarəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi ərizəçilər Ərizəçi1 və Ərizəçi2 atası X8 verilmişdir. X7 üzrə bağçılıq üzvlərinin adlı siyahısında 7-ci sırada X6 adı Qəniyev Rza kimi qeyd olunmuşdur. Hazırda ərizəçilər sənəddəki soyad və ata adı uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair dövlət reyestrinin arayışının atalarına məxsus olmasınıəldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər Balıq Zavodu tərəfindən verilmiş Mingəçevir şəhər, Bağlar İdarəsi Ərazisində yerləşən 0,05 ha torpaq sahəsinin adlı siyahısından da görünür ki, torpaq sahəsi ərizəçilərin atası X8 verilmişdir, bu səbəblə həmin 0,05 ha torpaq sahəsi X8 məxsusdur, həmin sənəddə yazılmış “Qəniyev Rza”nın adı, soyadı və atasının adı “X11” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən X7 üzrə bağçılıq üzvlərinin adlı siyahısı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, 0,05 ha torpaq sahəsi ərizəçilər Ərizəçi1, Ərizəçi2 ataları X8 məxsus olmasını təsdiq edən adlı siyahıdan da göründüyü kimi, ərizəçilərin atalarının adları səhv yazıldığından məhkəmədən kənar qaydada əldə etmələri imkanı olmamışdır. Odur ki, “Qəniyev Rza” ad, soyadı “X15” oğlu kimi oxunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. X7 üzrə bağçılıq üzvlərinin 1990-cı il tarixə olan vəziyyəti haqqında siyahıda 7-ci sırada Qəniyev Rza ... kimi qeyd edilmiş şəxsin 07 oktyabr 1997-ci il tarixdə vəfat etmiş mərhum X13İuna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar