Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1554/2024 14.11.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1998-ci il tarixdə doğulmuş bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək göstərdi ki, bacısı X9 xx.xx.1998-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Ruhi xəstə olmaqla xx.xx.2024cü il tarixdən Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroioji Dispanserdə müşahidəyə götürülmüşdür. Hazırda bacısına müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Bu zaman ona aşağıdakı diaqnoz qoyulmuşdur: “Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, hiperkinetik forma. Xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziv sindrom, Spastik tetraplegiya, tetraparez, mioklonik qıcolma tutmaları, psixoloji inkişafın digər pozuntuları, əqli inkişafın ləngiməsi”. X3 2007-ci ildə vəfat etmiş, anası X11 2024-cü il may ayının 6-da vəfat etmişdir. Anası vəfat edəndən sonra Müjgan onun himayəsində qalmışdır və Müjgana o, qulluq edir. Müjganın daimi kənar şəxsin köməyinə ehtiyacı vardır. Onun üzərində qəyyum təyin edilməlidir, lakin qanuna əsasən ilk öncə o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə doğulmuş X4 X3, anası X8r. İşdə doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə doğulmuş X5 X3, anası X8r. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1998-ci il tarixdə doğulmuş X9 xx.xx.2024-cü il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Çox ağır əqli gerilik, uşaq serebral iflici ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Kənar şəxslərin daima köməyinə və qulluğuna ehtiyacı var. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 628 saylı rəyindən görünür ki, X9 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkmişdir. X1 hal hazırda ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəlik aşkar edilir. X7 cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X6 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. Bununla əlaqəda olaraq X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən onun kənar şəxsin yardımına və nəzarətinə ehtiyacı var. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X9 “Çox ağır əqli gerilik, uşaq serebral iflici ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1998-ci il tarixdə doğulmuş bacısı X9 xx.xx.2024-cü il tarixdən “Çox ağır əqli gerilik, uşaq serebral iflici ilə əlaqələnmiş” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. X6 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını başa düşmək və onlara rəhbərlik edə bilmək iqtidarında deyildir. X9 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən onun kənar şəxsin yardımına və nəzarətinə ehtiyacı var. X2 öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadığından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X4 fəaliyyət qabiliyyətli olmaması ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 628 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin bacısı X4 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin bacısı X9 öz hərəkətlərinin mənasını başa düşməməsi ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildir. Ona görə də onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1554/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1554/2024
14.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver