Məhkəmə qərarları › İş №2(051)-1584/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1584/2025

17.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1584/2025 17.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Mingəçevir şəhər Maraqlı şəxs2 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1983-cü il tarixdə doğulmuş oğlu X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş X3 ərizəçinin oğludur. Vüsal Əbdürəhimov xx.xx.2004.cü il tarixdən “Paranoik şizofreniya” diaqnozu ilə xəstədir və İİ qrup əlildir və o, İİ qrup əlil kimi sosial müavinət alır. Vüsal Əbdürəhimov bu xəstəlikdən əziyyət çəkdiyi üçün həqiqi hərbi xidmətə çağırılsa da, geri qaytarılmışdır və vəziyyəti ağırlaşdığı üçün 2004-cü il tarixdən Mingəçevir Şəhər Rayonlararası Maraqlı şəxs2 qeydiyyata alındı, müalicə olunsa da, oğlu Vüsal özünü idarə edə bilmir, qulluğa və köməyə ehtiyacı var. Ərizəçinin arvadı vəfat etmiş və ondan miras qalmış əmlakı qəbul etmək üçün Vüsal özünü idarə edə bilmədiyi, yəni hərəkətlərinin mahiyyətini anlamadığı üçün Notariat kontorunda onun sənəd imzalamasına razılıq vermirlər. Vüsal xəstəliyi ilə əlaqədar daim qorxu içindədir, özünə və kənar şəxslərə zərər yetirməməsi üçün ərizəçi daim onun yanında olur. Onun hüquqlarını həyata keçirmək və müəyyən məsələlərin həlli üçün qəyyum təyin olunması zəruridir. Bu səbəbdən oğlu Vüsal Əbdürəhimov fəaliyyət qabiliyyətsiz hesab edilməsi zəruridir. Odur ki, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluğun təyin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizə təqdim edərək ərizənin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Mingəçevir şəhər Maraqlı şəxs2 nümayəndəsi X1 məhkəməyə bildirdi ki, ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini məhkəməyə bildirdi. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ərizəçi ərizənin geri qaytarılmasını tələb etdiyindən və maraqlı şəxs isə işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlansın. Ərizəçiyə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilərlər. Qəbz əsasında dövlət rüsumu kimi nağd qaydada ödənilmiş 100,4 (bir yüz manat, qırx qəpik) manat məbləğində pul Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəfə verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar