Məhkəmə qərarları › İş №2(051)-1592/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1592/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1592/2025 25.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi X2 nümayəndəsi Nümayəndə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər X2, Ərizəçi2 və Ərizəçi3 hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçilər X6, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X2 nümayəndəsi Nümayəndə və Ərizəçi2 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, ərizə ilə məhkəməyə müraciət edərkən texniki səhv olaraq ərizəçilər siyahısında Ərizəçi2 adı iki dəfə yazılmış, həmçinin Nümayəndə Abüzər oğlu ərizəçi X2 etibarnamə üzrə nümayəndəsi olduğu halda, ərizəçi kimi qeyd edilmişdir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən JN-571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər X3, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni belə əsaslandırmışlar ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamına müvafiq fərdi yaşayış evi üçün 0.10 ha torpaq sahəsində "Torpağın mülkiyyətə verilmsinə dair" JN-571 F nömrəli 90200002 kod nömrəli xx.xx.2003-cu il tarixli Şəhadətnamə tərtib olunmudur. Şəhadətnamə 10 nəfər ailə üzvlərinin adina ümumi birgə mülkiyyət hüququ ilə verilmişdir. Lakin birgə mülkiyyətçilər siyahısında 3-cü sırada X2 ata adı səhvən Azər, 4-cü sırada Ərizəçi2 soyadı və ata adı səhvən X7 və 8-ci sırada Ərizəçi3 ata adı səhvən Əmiralı yazılmışdır. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi X2 nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçlər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclası zamanı ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçilərin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-571F KOD 90200002 saylı şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il 199 nömrəli qərarı ilə 0.10 hektar torpaq sahəsi X5, X16 oglu, X17 oglu, X7, X14 oglu, X18 oglu, Nümayəndə Abüzər oglu, Ərizəçi3 Əmiralı qızı, X8 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 199 saylı sərəncamı ilə verilmiş JN-571F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə uyğunsuzluqlar mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968 -ci il tarixdə doğulmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1972 -ci il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 nömrəli qərarı ilə 0.10 hektar torpaq sahəsi, JN-571 F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X5, X16 oglu, “X9”, “X7”, X14 oglu, X18 oglu, “Nümayəndə Abüzər oglu”, Ərizəçi3 Əmiralı qızı, X8 və X4 mülkiyyətinə verilmişdir. Lakin həmin hüquqmüəyyənedici sənəddə 3-cü sırada X2 ata adı səhvən Azər, 4-cü sırada Ərizəçi2 soyadı və ata adı səhvən X7 və 8-ci sırada Ərizəçi3 ata adı səhvən Əmiralı yazılmışdır. Hazırda ərizəçi sənəddəki uyğunsuzluqlar səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 nömrəli qərarı ilə JN-571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış X9 - X1, X7-Ərizəçi2 kimi və Ərizəçi3 Əmiralı qızı-Ərizəçi3 kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 nömrəli qərarı ilə JN-571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçilərin Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 nömrəli qərarı ilə JN-571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 199 nömrəli qərarı ilə JN- 571F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X3, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar