Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1593/2020 22.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «sənədin məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-057A seriyalı, KOD 90200002 saylı şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərmişdir ki, o xx xxxxxx 1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Həm şəxsiyyət vəsiqəsində, həm də doğum haqqında şəhadətnamədə adı Mətin qeyd olunmuşdur. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı qərarı ilə ona 0.02 hektar torpaq sahəsi ayrılmışdır. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN-057A KOD 90200002 saylı şəhadətnamə verilmişdir. Torpaq sahəsi hazırki vaxtadək onun istifadəsindədir. Lakin, həmin şəhadətnamədə adı səhvən “Məsim” kimi qeyd olunmuşdur. Adının səhv yazılması səbəbindən torpağa dair şəhadətnamənin ona məxsus olmasını təsdiq edə bilmir. Hazırda qeyd olunan torpaq sahəsini özəlləşdirmək istəyir. Ancaq şəhadətnamədə adı “Məsim” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. bununla da torpağa dair mülkiyyət hüquqlarının qeyd edilməsindən imyina edilmişdir. O, JN-057A KOD 90200002 saylı şəhadətnamənin ona məxsus olması faktını başqa qaydada müəyyən edə bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dir JN-057A seriyalı, KOD 90200002 saylı şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəçinin izahatına uyğun izahat verərək göstərmişdir ki, ərizəçi onun qonşusudur. Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı qərarı ilə ona 0.02 hektar torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi hazırki vaxtadək ərizəçinin istifadəsindədir. Lakin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adı “Məsim” kimi qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, tələb əsaslıdır və təmin olunmalıdır İşə əlavə olunmuş Torpağa Mülkiyyət hüququna dair JN-057A Kod 90200002 saylı şəhadətnamənin surətindən görünür ki, 0.02 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsi və Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 293 saylı qərarı ilə verilmiş JN-057A seriyalı, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktı müəyyən olunmuş sayılmalıdır. Belə ki, iş materialları və məhkəmə iclasında ərizəçinin izahatından da aydın görünür ki JN-057A seriyalı, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin JN-057A seriyalı, KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş X3 ilə ərizəçi eyni şəxsdir. Ona görə də ərizə tam olaraq təmin olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: Ərizə tələbi təmin edilsin. JN-057A seriyalı, KOD 90200002 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə sənədlərdə müvafiq dəyişiklik aparılması üçün əsasdır. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №2(051)-1593/2020
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1593/2020
22.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver