Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1595/2021 03.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi, Maraqlı şəxs qəyyumluq və himayə orqanının nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək bacısı X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, X10 onun bacısıdır. 26.02.1982-ci ildə anadan olmuşdur. X13 şəhər Rayonlararası Psixo-Nervoloji Dispanserdə “üzvi mənşəli emosional pozuntu, kəskinləşmələrlə” diaqnozu ilə qeydiyyatdadır. Bacısı Aynurə valideynlərilə və onunla yaşamışdır. Bacısına o, qulluq edir. X2 23.12.2009-cu ildə, ataları isə X14 07.12.2018-ci ildə vəfat etmişlər. Bacısı Aynurə öz hərəkətlərini dərk etmir, özünü idarə edə bilmir. Hazırda Ərizəçinın hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, bacısı X7 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X15 ekspertiza rəyini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşə əlavə edilmiş 12 №-li MİS-in 11.08.2021-ci il tarixli 487 №-li arayışından görünür ki, X3 şəhəri 20 Yanvar küçəsi ev 8, mənzil 3 ünvanda yaşayır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 23.07.2021-ci il tarixli arayışdan görünür ki, X10 «14.04.2021-ci ildən dispanserdə “üzvi mənşəli emosional pozuntu, kəskinləşmələrlə” diaqnozu ilə müşhidədədir. İşə əlavə edilmiş Gəncə şəhər psixonevroloji dispanserin məhkəmə-psixiatriya komissiyasının 05.10.2021-ci il tarixli 595 №-li rəyində göstərilir ki, X1 sisteminin üzvi xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozuntuları ilə XTB-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F07.8 xəstəliyi keçirdiyindən və aparılmış müalicə tədbirləri nəticəsində psixi vəziyyətində nisbi yaxşılaşma çüşahidə olunmasına baxmayaraq, ö, öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertiza rəyinə, iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 26.02.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 8-A №-li evin 3 №-li mənzilində yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1595/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1595/2021
03.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver