Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1597/2025 03.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Veteran” kollektiv bağçılıq təsərrüfatının üzvlərinin adlı siyahısında göstərilən torpaq sahəsinə aid sənədlərin mərhum anası X8ma məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir “Veteran” kollektiv bağçılıq təsərrüfatına ayrılmış 05 hektar torpaq sahəsi ona yəni X1na məxsusdur. X1 21 may 1992-ci ildə ölmüşdür və bununla əlaqədar ölüm haqqında Qeydiyyat şöbəsindən arayışı işə əlavə etmişdir. O isə anası Həmayə Quliyevanın hüquqi varisidir. Sözügedən torpaq sahəsinin anasına məxsus olması ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, arxiv materiallarına istinad edilərək bildirilmişdir ki, Mingəçevir şəhərində Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranlar siyahısında X2 (əsl adı X4r) adı 6-cı sırada qeyd edilmişdir. Lakin qeyd olunan arxiv sənədlərində, yəni “Veteran” kollektiv bağçılıq təsərrüfatının üzvlərinin adlı siyahısında mərhum anasının adı “X7” yazılmalı olduğu halda səhvən “X5” yazılmışdır. İmtina məktublarından da göründüyü kimi adlar arasında uyğunsuzluq olmuşdur. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yanlışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, ata adı və soyadların dəyişdirilərək qeydiyyata alınması ərazi idarəsinin səlahiyyətinə aid olmadığından ərizəçilərə məhkəməyə müraciət etməli olması bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mingəçevir şəhərində Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranlar siyahısında X2 adı 6cı sırada qeyd edilmişdir. İşdə olan Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 30 aprel 2025-ci il tarixli görünür ki, X7 21 may 1992-ci ildə Mingəçevir şəhərində ölmüşdür Ölüm haqqında 22 may 1992-ci ildə 203 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Kiçik Qaramurad icrakomun 2 mart 1953-cü il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx xxxxxx 1953-cü il təvəllüdlü Ərizəçi valideynləri qismində X9 və X7 qeyd olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası MM-in 139-1.1.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.1-ci bəndində daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsaslarından biri kimi yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsi tərəfindən Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranların siyahısında, 6-cı sırada X2 adı qeydə alınmış və bununla da sonuncunun həmin torpaq sahəsinə mülkiyyət hüququnu reallaşdırmaq üçün əsas yaranmışdır. Lakin həmin adlı siyahıda onun adı “Həmayə” kimi deyil, “Həmayıl” kimi yazılmışdır. Məhkəmə hesab edir ki, Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsi tərəfindən Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranların siyahısının X3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial, əmlak və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün olmamışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsi tərəfindən Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranların siyahısının X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mingəçevir Şəhər XDS İcraiyyə Komitəsi tərəfindən Böyük Vətən müharibəsi veteranları üçün ayrılmış torpaq sahəsi və həmin sahədən istifadə edən veteranların siyahısının X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Hüseynli
Məhkəmə qərarları › İş №2(051)-1597/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1597/2025
03.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver