Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1599/2020 18.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-inə borcun silinməsi tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı cavabdeh “Cavabdeh” İB-inə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddələrinə əsasən iddia ərizəsi iddiaçı və ya buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının tələbi, onun öz tələblərini əsaslandırdığı hallar göstərilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair sənədləri yəni şəxsiyyət vəsiqəsinin surəti işə əlavə olunmamış və iddiaçının ərizəyə imza etmək üçün səlahiyyətli olması iş materialları ilə müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən iddiaçı X1 iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh “Cavabdeh” İB-inə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1599/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1599/2020
18.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver