Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-160/2025 04.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 cəlb edilməklə hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən eilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-1899A KOD ******* saylı şəhadətnamənin onlara, yəni Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materialını nəzərdən keçirib hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilən JN-1899A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən Ərizəçi Hamil oğlu ilə şəxsiyyət vəsiqəsindəki Ərizəçi adları arasında uyğunsuzluq olması qeyd edilsə də, iş materiallarında Kamil adlı şəxsin həqiqətən də Maraqlı şəxs3 Məmməd oğlu olması bəlli olmuş, həmçinin doğum haqqında şəhadətnamədə Ərizəçi olması barədə əlyazma ilə düzəlişlər aparılması aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 114.1. və 114.1.4. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;(...) 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı 2.2. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 6.1.Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda qeyd olunduğu kimi şəxs hüquqmüəyyənedici sənədin ona məxsus olması faktını məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. İş icraata qəbul olunduqdan sonra məhkəmə hazırlıq və baxış iclaslarında müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində ata adı ilə qeyd olunan sənəddə uyğunsuzluq olmuşdur. Digər sənədlər nəzərdən keçirilərkən şəxsin atasının adınının hüquqmüəyyənedici sənədlə eynilik təşkil etdiyi görülmüşdür. Eyni zamanda şəxsin doğum haqqında şəhadətnaməsində ata adının əlyazma ilə təhrif olunduğu görülmüşdür. Beləliklə şəxsin şəxsiyyət vəsiqəsindəki ata adı ilə digər sənədlərdəki ata adı uyğun deyildir. Belə olan halda şəxs şəxsiyyət vəsiqəsində səhv yazılmış ata adının düzəldilməsi üçün həmin sənədi verən orqana müraciət edilməlidir. Həmin orqan düzəliş etməkdən imtina edərsə ərizəçi inzibati məhkəməyə müraciət edə bilər. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-1899A KOD ******* saylı şəhadətnamənin onlara, yəni Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına ərizə məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının müvafiq qeydiyyat şöbəsinə müraciət edilməsi izah edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-160/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-160/2025
04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver