Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1617/2021 02.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlu, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Ərizəçi Niyazi oğlunun cavabdeh Mingəçevir Regional Maraqlı şəxs1 Ofisinə qarşı ünvan 1 ünvanda yerləşən hazırda ümumi sahəsi 145,8 kv.metr qeyri yaşayış sahəsinin sadələşdirilmiş vergidən adaz edilməklə Maraqlı şəxs2 bağışlanmasına dair müqavilənin təsdiq edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı Ərizəçi Niyazi oğlunun cavabdeh Mingəçevir Regional Maraqlı şəxs1 Ofisinə qarşı ünvan 1 ünvanda yerləşən hazırda ümumi sahəsi 145,8 kv.metr qeyri yaşayış sahəsinin sadələşdirilmiş vergidən adaz edilməklə Maraqlı şəxs2 bağışlanmasına dair müqavilənin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrində baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrində baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirildikdə müəyyən edildi ki, Mingəçevir Regional Maraqlı şəxs1 Ofisinə qarşı iddia İnzibati məhkəməsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən İddiaçı X2 iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Ərizəçi Niyazi oğlunun cavabdeh Mingəçevir Regional Maraqlı şəxs1 Ofisinə qarşı ünvan 1 ünvanda yerləşən hazırda ümumi sahəsi 145,8 kv.metr qeyri yaşayış sahəsinin sadələşdirilmiş vergidən adaz edilməklə Maraqlı şəxs2 bağışlanmasına dair müqavilənin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №2(051)-1617/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1617/2021
02.08.2021 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver