Məhkəmə qərarları › İş №2(051)-1636/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1636/2024

01.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1636/2024 01.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı son haqq-hesabın, ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinin düzgün hesablanılaraq ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh MMC tərəfindən ödənilməmiş 5299,90 manat məbləğində əmək haqqı borcunun və 60 manat mediasiya rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.2022-ci il tarixədək Mingəçevir şəhərində fəaliyyət göstərən “Azərizolit" MMC-də müxtəlif vəzifələrdə işləmişdir. "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamı ilə "Azərizolit” MMC adlandırılmış və paylarının 100 %-i dövlət mülkiyyətinə keçmişdir. Hal-hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulur. Müxtəlif vaxtlarda Cavabdeh MMC ona işlədiyi 2021-ci ilin noyabr ayında 90,70 manat, dekabr ayında 130,70 manat, 2022-ci ilin yanvar ayında 130,70 manat, fevral ayında 133,38 manat, mart ayında 133,38 manat, aprel ayında 133,38 manat, may ayında 133,38 manat, iyun ayında 81,78 manat əmək haqqını və həmçinin əmək haqqından tutulmuş, lakin keçmiş həyat yoldaşı X2 hesabına köçürülməmiş 2163,33 manat aliment borcu, digər həyat yoldaşı X3 hesabına köçürülməmiş 2090,00 manat aliment borcu, "xxxx" MMC-nin hesabına köçürülməmiş 67,14 manat borc, İcra və Probasiya şöbəsinin hesabına köçürülməmiş 15,00 manat olmaqla, ümumilikdə 5299,90 manat borc və son haqq hesabı və digər ödəncləri ödəməyərək zərər vurmuşdur. Onunla birgə işləyən digər işçilər də eynilə bu günədək aldadılmışlar. Cavabdeh MMC-nin rəhbərliyi 2023-cü ilin 5 iyul tarixədək aldadaraq müddəti qəsdən uzatmışlar. 1 fevral 2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidmətinin imtina məktubunda ona məlum olmuşdur ki, artıq “Azərizolit" MMC dövlət mülkiyyətinə keçmişdir. Həmçinin həmin məktubda yalnız mülkiyyət özəlləşdirildiyi halda onların son-haqq hesab, ödənilməmiş əmək haqqı və digər ödənclərin verilə biləcəyi göstərilmişdir. İmtina məktubunda son-haqq hesab, ödənilməmiş əmək haqqı və digər ödənclərin verilə biləcəyində çətinliklər yarandığı bildirilsə də, həmin çətinliklərin nədən ibarət olması göstərilməmişdir. İmtina məktubu belə aldadıcı xarakter daşıyır. Ona görə ki, adına özəlləşdiriləcək şəxslər belə əvvəlki işçilərin ödənilməmiş ödənclərinin verilməsindən imtina edəcək. Lakin hal-hazırki vəziyyətdə “Azərizolit" MMC-nin müəyyən əmlakı satılmaqla hüququ pozulmuş işçilərin ödənilməmiş ödənclərini rahatlıqla verə bilər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “Azərizolit" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC-də tutduğu vəzifəsindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, o, həqiqətən xx.xx.2018-ci il tarixdən (əmr №03/k xx.xx.2018) – xx.xx.2022-ci il tarixədək (əmr №39/k xx.xx.2022) "xxxx" MMCdə işləyib. Müəssisənin hesablanmış əmək haqqına görə işçiyə borcu: 2021-ci ilin noyabr ayında 90,70 manat, dekabr ayında 130,70 manat, 2022-ci ilin yanvar ayında 130,70 manat, fevral ayında 133,38 manat, mart ayında 133,38 manat, aprel ayında 133,38 manat, may ayında 133,38 manat, iyun ayında 81,78 manat, cəmi 967,40 manatdır. İddiaçı əmək haqqından tutulmuş, lakin X2 hesabına köçürülməmiş alimentlər – 2163,33 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, lakin X3 hesabına köçürülməmiş alimentlər – 2090,00 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, "xxxx" MMC-nin hesabına köçürülməmiş borc – 64,17 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına köçürülməmiş borc – 15,00 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamı ilə xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin adı dəyişdirilərək, digər rekvizitləri saxlanılmaqla "Azərizolit” MMC olmuşdur. İşdə olan İddiaçı əmək haqqından tutulmuş (İcra vərəqəsinə əsasən), lakin X2 hesabına köçürülməmiş alimentlər haqqında arayışın surətindən görünür ki, İddiaçı 2020ci ilin dekabr ayının, 2021-ci ilin və 2022-ci ilin yanvar-iyun aylarının əmək haqqından tutulmuş, lakin X2 hesabına köçürülməmiş alimentlər – 2163,33 manat təşkil edir. İşdə olan İddiaçı əmək haqqından tutulmuş, lakin X3 hesabına köçürülməmiş alimentlər haqqında arayışın surətindən görünür ki, İddiaçı 2020-ci ilin dekabr ayının, 2021-ci ilin və 2022-ci ilin yanvar-iyun aylarının əmək haqqından tutulmuş, lakin X3 hesabına köçürülməmiş alimentlər – 2090,00 manat təşkil edir. İşdə olan İddiaçı əmək haqqından tutulmuş (İcra vərəqəsinə əsasən), lakin "xxxx" MMC-nin hesabına köçürülməmiş borclar haqqında arayışın surətindən görünür ki, İddiaçı 2020-ci ilin dekabr ayının, 2021-ci ilin yanvar və fevral aylarının əmək haqqından tutulmuş, "xxxx" MMC-nin hesabına köçürülməmiş borc – 64,17 manat təşkil edir. İşdə olan İddiaçı əmək haqqından tutulmuş (İcra vərəqəsinə əsasən), lakin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına köçürülməmiş borclar haqqında arayışın surətindən görünür ki, İddiaçı 2021-ci ilin mart ayının əmək haqqından tutulmuş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına köçürülməmiş borc – 15,00 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 fevral 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdehndən ödənilməmiş əməkhaqqı borcunun və digər ödənclərin alınmasına köməklik göstərilməsi barədə 11 yanvar 2024-cü il tarixli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, “Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh kimi adlandırılmış və hazırda paylarının 100 %-i dövlət mülkiyyətində olan cəmiyyətin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırda Cavabdeh MMC-nin fəaliyyətində yaranmış problemlər ilə əlaqədar əməkhaqqı və digər öhdəliklərin ödənilməsində çətinliklər yaranmışdır. İnvestisiya proqramına əsasən Cavabdeh MMC-nin özəlləşdirilməsi zamanı müəssisə üzrə əməkhaqqı borclarının ödənilməsi və digər öhdəliklərin təmin olunmasının investor tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-923/2013 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı X2 xeyrinə aylıq qazancının üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. X1 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi vasitəsilə aliment pulu ödənilməmişdir. Beləliklə, məhkəmə iddiaçının izahatının və iş materiallarına əlavə edilmiş sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı xx.xx.2018-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. "xxxx" MMC-də tutduğu vəzifəsindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamı ilə, xx.xx.2023cü il tarixdən "xxxx" MMC-nin adı dəyişdirilərək, digər rekvizitləri saxlanılmaqla "Azərizolit” MMC olmuşdur. Müəssisənin hesablanmış əmək haqqına görə iddiaçıya 2021-ci ilin noyabr-dekabr ayları, 2022-ci ilin yanvar-iyun ayları üzrə cəmi 967,40 manat məbləğində ödənilməmiş əmək haqqı borcu qalmışdır. İddiaçı əmək haqqından tutulmuş, lakin X2 hesabına köçürülməmiş alimentlər – 2163,33 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, lakin X3 hesabına köçürülməmiş alimentlər – 2090,00 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, "xxxx" MMC-nin hesabına köçürülməmiş borc – 64,17 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına köçürülməmiş borc – 15,00 manat təşkil edir. İnvestisiya proqramına əsasən Cavabdeh MMC-nin özəlləşdirilməsi zamanı müəssisə üzrə əməkhaqqı borclarının ödənilməsi və digər öhdəliklərin təmin olunmasının investor tərəfindən həyata keçirilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən cəmi 5299,90 manat əmək haqqı borcu iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 147-ci maddəsinin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək normalarının, həmçinin işçinin əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tam iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirsə də, cavabdeh (işəgötürən) əmək qanunvericiliyinin tələblərinə əməl etməmiş, nəticədə cavabdehin iddiaçıya cəmi 5299,90 manat məbləğində ödənilməmiş əmək haqqı borcu yaranmışdır. Əmək müqaviləsinin müddətinin bitməsi ilə iddiaçının əmək müqaviləsinə xitam verilsə də, yaranmış əmək haqqı borcu hazırkı vaxta qədər ödənilməmişdir. Bu hal isə işçinin qanunla qorunan əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73–cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 83–cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına və sadalanan hüquq normalarına əsasən hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. "xxxx" MMC-də tutduğu vəzifəsindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 iyul 2023-cü il tarixli 145 nömrəli sərəncamı ilə, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin adı dəyişdirilərək, digər rekvizitləri saxlanılmaqla "Azərizolit” MMC olmuşdur. Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən də göründüyü kimi müəssisənin hesablanmış əmək haqqına görə iddiaçıya borcu: 2021-ci ilin noyabr ayında 90,70 manat, dekabr ayında 130,70 manat, 2022-ci ilin yanvar ayında 130,70 manat, fevral ayında 133,38 manat, mart ayında 133,38 manat, aprel ayında 133,38 manat, may ayında 133,38 manat, iyun ayında 81,78 manat, cəmi 967,40 manatdır. İddiaçı əmək haqqından tutulmuş, lakin X2 hesabına köçürülməmiş alimentlər – 2163,33 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, lakin X3 hesabına köçürülməmiş alimentlər – 2090,00 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, "xxxx" MMC-nin hesabına köçürülməmiş borc – 64,17 manat təşkil edir. İddiaçı əmək haqqından tutulmuş, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin hesabına köçürülməmiş borc – 15,00 manat təşkil edir. Cavabdehndən ödənilməmiş əməkhaqqı borcunun və digər ödənclərin alınmasına köməklik göstərilməsi barədə 11 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş, 01 fevral 2024-cü il tarixli məktubda hazırda Cavabdeh MMC-nin fəaliyyətində yaranmış problemlər ilə əlaqədar əməkhaqqı və digər öhdəliklərin ödənilməsində çətinliklər yarandığı, investisiya proqramına əsasən Cavabdeh MMC-nin özəlləşdirilməsi zamanı müəssisə üzrə əməkhaqqı borclarının ödənilməsi və digər öhdəliklərin təmin olunmasının investor tərəfindən həyata keçirilməsinin nəzərdə tutulduğu göstərilmişdir. Bununla belə cavabdeh tərəfindən əmək haqqına görə cəmi 5299,90 manat borc iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçıya cəmi 5299,90 manat məbləğində əmək haqqı ödənilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçının əmək müqaviləsinə müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-in 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilsə də, iddiaçıya cəmi 5299,90 manat məbləğində əmək haqqı ödənilməmişdir. Nəticədə, Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1–ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin maddənin 4–cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq nəticəyə gəlir ki, cavabdeh tərəfindən əmək haqqına görə hesablanmış borc olaraq İddiaçı 5299,90 manat ödənilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləği olan 60 manatın cavabdehdən tutulub ona ödənilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 60 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırkı iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 73 manat təşkil edir, lakin cavabdeh 60 manat çəkilmiş mediasiya xərci həddində dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdehndən 13 (on üç) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM–in 119.2–ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360– cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehndən ödənilməmiş əmək haqqı borcuna görə 5299,90 (beş min iki yüz doxsan doqquz manat doxsan qəpik) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 60 (altmış) manat məbləğində pul Cavabdehndən alınıb İddiaçı verilsin. Cavabdehndən 13 (on üç) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar