Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1636/2025 13.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən ona 0.08 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsi Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən qanuni hesab edilmişdir. Lakin həmin sənəddə onun adı Nailə olaraq qeyd edilmişdir. Qeyd olunan sənəddə adının səhv yazılması ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun təsdiq edilməsinə maneə yaradır. Belə ki, Çıxarışın verilməsinə köməklik göstərilməsi üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokolundan Çıxarışa əsasən Sovxoz ərazisində yaşayan fəhlə və qulluqçuların yaşayış evi ,ona köməkçi tikililərin inşası üçün sovxoz direktorunun əmri ilə müxtəlif vaxtlarda ayrılmış həyətyanı torpaq sahəsinin qanuni hesab edilməsi, o cümlədən vətəndaş Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsinin verilməsinin təsdiq edilməsi qərara alınmışdır. Çıxarış AR X12 filialı tərəfindən X4 (ünvan: Mingəçevir Tərəvəzçilik sovxozu) verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, təqdim etdiyi sənədlərin idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası X12 filialı tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, 3-48-DA-15F/2-536/2023 saylı arxiv arayışında hüquq sahibinin adı Niftaliyeva Nailə kimi yazılmasına baxmayaraq, şəxsiyyəti təsdiq edən sənəddə X2 qeyd edilmişdir. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Mahir X1 arasında xx.xx.1989-cu il tarixdə bağlanmış nikah 21 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Niftalıyeva” soyadı verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 rayonu, Cücük kəndində xx.xx.1969-cu il tarixdə doğulmuşdur. İşdə olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən məhkəməyə ünvanlanmış 10 sentyabr 2025 -ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun xx.xx.1994-cü il tarixli 01 saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. İşdə olan ünvan 3 ünvanlanmış cavab məktubundan görünür ki, X11 kəndində təsərrüfatbaşına uçot kitabında qeydiyyatda yoxdur və ərazidə yaşamır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədə əsasən Sovxoz ərazisində yaşayan fəhlə və qulluqçuların yaşayış evi, ona köməkçi tikililərin inşası üçün sovxoz direktorunun əmri ilə müxtəlif vaxtlarda ayrılmış həyətyanı torpaq sahəsi qanuni hesab edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun xx.xx.1994-cü il tarixli 01 saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, Yevlax rayonu sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən Niftaliyeva Nailəyə 0,08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi verilmiş və həmin sənəddə Niftaliyeva Nailə yazılsa da, ata adı qeyd edilməmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun xx.xx.1994-cü il tarixli 01 saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi ərizəçinin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyini müəyyən etmək mümkün olmur. Belə ki, məxsus olması xahiş edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin yalnız soyad uyğunluğunun olması, həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün yetərli deyildir. Məhkəmə, həmçinin iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçi 0.08 ha torpaq sahəsinin ona verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, habelə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən aparılmış araşdırma zamanı Yevlax rayon sabiq Tərəvəzilik sovxozunun xx.xx.1994-cü il tarixli 01 saylı Protokolu ilə Niftalıyeva Nailəyə (Ərizəçi) 0.08 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilmədiyindən,Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin ona məxsus olması faktını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilməsin. Yevlax rayon sabiq Tərəvəzçilik sovxozunun 05 yanvar 1994-cü il tarixli 01 saylı iclas protokoluna əsasən 0.08 ha torpağın mülkiyyətə verilməsinə dair sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsindən imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1636/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1636/2025
13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver