Məhkəmə qərarları › İş №2(051)-1649/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1649/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1649/2020 17.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Şəfiyeva Könül Səməd qızının katibliyi və Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “9000 manat məbləğində kompensasiya verməklə xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : X2 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “9000 manat məbləğində kompensasiya verməklə xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi ” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə icasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri haqqında da məlumat verməmişdir. Məhkəmə iclasına gəlmiş Cavabdeh1 və Cavabdeh2 isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onun iştirakı olmadan baxmagı xahiş etməmiş iddiaçı məhkəməyə gəlmədikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi baxılmamış saxlanmaqla yanaşı tərəflərə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edə bilər. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutub qərara aldı: X1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “9000 manat məbləğində kompensasiya verməklə xüsusi mülkiyyətdə olan mənzildən istifadə hüququna xitam verilməsi ”tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barəsində öz qərardadını ləğv edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar