Məhkəmə qərarları › İş №2(051)-1671/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1671/2024

19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1671/2024 19.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-032F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum anası X8 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə verilmiş 0.14 hektar torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. Bununla bağlı onlara “JN-032F, Kod 90200002” Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə də göstərildiyi kimi Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 nömrəli sərəncamı ilə verilmiş 0.14 hektar torpaq sahəsi onların mülkiyyətinə verilmiş, şəhadətnamə isə 77 nömrə ilə kitabda qeydə alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə anasının ata adı “Azak” yazılmalı olduğu halda səhvən “Azar” yazılmış və adlar arasında uyğunsuzluq olmuşdur. Anası vəfat etmişdir. Bu səbəbdən sözügedən iddianı o qaldırmışdır. Göstərilən səhv yazılma onların hüquqlarını pozur. Şəhadətnamədə olan yanlışlıq onun mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-032F KOD 90200002 saylı şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.14 hektar torpaq sahəsi X1 və onun ailə üzvləri X5, Ərizəçi, X3 və X4 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN- 032F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X10” ilə ölüm haqqında şəhadətnamədəki “X11” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş Ərizəçi anası X11, atası X2r. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.14 hektar torpaq sahəsi, JN-032F KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X1 və onun ailə üzvləri «X10»nın, Ərizəçi, X3 və X4 mülkiyyətinə verilmişdir. Lakin həmin sənəddə X6 ata adı “Azak” olduğu halda, səhvən “Azar” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddə anasının ata adında olan uyğunsuzluq səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-032F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ X8 məxsusdur, həmin sənəddə yazılmış “X10” adı “X11” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-032F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-032F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X8 məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-032F KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar