Məhkəmə qərarları › İş №2(051)-1690/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1690/2025

30.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1690/2025 30.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.10 ha torpaq sahəsinə dair verilmiş 25 aprel 2003-cü il tarixli JN-615F saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Torpağın mülkiyyətə verilməsinə dair 25 aprel 2003-cü il tarixli JN- 615F saylı Şəhadətnaməyə əsasən X17, X20, X14 və X12 Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-615F saylı Şəhadətnaməyə əsasən Mingəçevir şəhərində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun və çıxarışın verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il cavab məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi sənədlərin düzgünlüyü idarənin arxiv materialları və elektron kadastr məlumatlarına əsasən yoxlanılmış və müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN-615F saylı Şəhadətnamənin adlı siyahısında qeyd edilən X14 ilə şəxsiyyəti təsdiq edən sənəddə qeyd olunan X16 adları arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. 29 dekabr 1949-cu il tarixdə anasına verilmiş doğum haqqında şəhadətnaməyə əsasən anasının adı X9 olmuşdur. X2 və Ərizəçi doğum haqqında şəhadətnamələrinin ana qrafasında anasının adı Sahirə olaraq qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-615F KOD 90200002 saylı şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.10 ha torpaq sahəsi X10 və onun ailə üzvləri X13, X6 və X11 ümumi-birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş JN- 615F saylı Şəhadətnamənin adlı siyahısında qeyd edilən X14 ilə şəxsiyyəti təsdiq edən sənəddə qeyd olunan X16 adları arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 anası X5r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi anası X5r. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1932-ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2005-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə 0.10 ha torpaq sahəsi, JN-615F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X10 və onun ailə üzvləri X13, “X14”nın və X11 ümumi-birgə mülkiyyətinə verilmişdir. Lakin həmin sənəddə X7 adı “Sahirə” olduğu halda, səhvən “Sahilə” kimi yazılmışdır. Halbuki, ərizəçinin anasının adı şəxsiyyəti təsdiq edən bütün sənədlərdə “Sahirə” kimi qeyd edilmişdir. Ona görə də sənədlər arasında uyğunsuzluq yaranmışdır. Hazırda ərizəçi həmin uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-615F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.10 hektar torpaq sahəsi digər subyektlərlə yanaşı, həmçinin X7 da ümumi-birgə mülkiyyətinə verilmişdir, həmin sənəddə yazılmış “X14” adı “X15” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-615F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-615F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X8 məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2000-ci il tarixli 199 saylı sərəncamı ilə JN-615F KOD 90200002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar