Məhkəmə qərarları › İş №2(051)-1693/2021

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1693/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1693/2021 19.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi X14, cavabdehlər Cavabdeh1 və Həsənova Vüsalə Zahid qızının iştirakı ilə, İddiaçı Qanuni nümayəndə Oqtay qızının cavabdehlər Cavabdeh1, Həsənova Vüsalə Zahid qızı və Mingəçevir Regional Cavabdeh2 ofisinə qarşı miras əmlakın qəbul edilməsi və payların müəyyən olunması tələbinə dair mülki işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Qanuni nümayəndə Oqtay qızı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Mingəçevir Regional Cavabdeh2 ofisinə qarşı miras əmlakın qəbul və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddiaçı Qanuni nümayəndə Oqtay qızının nümayəndəsi X14 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Ülviyyə X1 ilə 2008-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 08.01.2000-ci il təvəllüdlü Mətin və Sürayyə adlı əkiz uşaqları olmuşdur. İddiaçı Qanuni nümayəndə ailə qurarkən qayınatası X5 mülkiyyətində olan Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilinə gəlin köçmüşdür. İddiaçı hal-hazırda da iki övladı ilə birlikdə həmin mənzildə yaşayır. İddiaçının əri Mətləb Məmmədov 2018-ci ilin aprel ayında, qayınatası Zahid Məmmədov isə 02 dekabr 2020-ci ildə vəfat etmişlər. Qaynatasının ölümündən sonra baldızları iddiaçını evdə rahat yaşamağına imkan vermirlər. İddiaçının baldızı Cavabdeh1 atasının ölümündən sonra köçüb həmin mənzildə yaşayır. Halbiki Cavabdeh1 ailə qurduqdan sonra ata evindən köçüb getmiş və eyni zamanda qeydiyyatdan çıxmışdır. İddiaçı övladlarının qanuni nümayəndəsi kimi qayınatasının ölümündən sonra mirasın qəbulu və vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddianın təmin olunmasını, X3 miras qalmış Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №li evin 21 №-li mənzilin iddiaçının uşaqları Məmmədov Mətin Mətləb oğlu və X7 tərəfindən qəbul olunması və miras payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, miras payların müəyyən edilməsi tələbini qəbul edir., lakin iddiaçının izahatı ilə razı deyil. Miras qoyan Zahid Məmmədov onun atasıdır. Atası 02 dekabr 2020-ci ildə vəfat etmiş, ondan Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili miras qalmışdır. Atasının ölümündən 10-15 gün sonra iddiaçı və atası miras qalmış həmin mənzilin satılmasını, iddiaçıya ayrı bir mənzil almasını təklif etdilər. O və bacısı bildirdi ki, atasının yas mərasimini yola salsınlar, sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul edib, vərəsəlik şəhadətnaməsi aldıqdan sonra mənzili satarlar. Atasının 3 nəfər övladı olmuşdur- o, bacısı Vüsalə, qardaşı Mətləb, yəni iddiaçının əri. Qardaşı Mətləb atasından əvvəl, 2018-ci ilin aprel ayında vəfat etmişdir. Birinci dərəcəli vərəsələr o, bacısı Vüsalə və vəfat etmiş qardaşı Mətləbin azyaşlı uşaqlarıdır. Onlar mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər. Lakin notariat ofisində vərəsəliklə bağlı iddiaçı tərəfindən mübahisə yaradıldığına görə onlara vərəsəlik şəhadətnaməsi verilmədi. Atasından qalmış mirasdan onun da payının müəyyən olunmasını xahiş edir. Cavabdeh3 da digər Cavabdeh1 izahatına uyğun izahat verərək onun da atasından miras qalmış mənzildən payının müəyyən olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional Cavabdeh2 ofisinə məhkəmə bildirişi göndərilmiş, lakin onun nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili X5 mülkiyyətindədir. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Zahid Məmməd oğlu 02 dekabr 2020-ci ildə vəfat etmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X5 vərəsələri arvadı X8, oğlu Mətləb Məmmədov, qızları Cavabdeh3 və Cavabdeh1dır. X15 və oğlu Mətləb Məmmədov vəfat etmişlər. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 oğlu 28 aprel 2018ci ildə vəfat etmişdir. İşə əlavə olunmuş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X11 28 sentyabr 1974-cü ildə anadan olmuşdur, atası X13, anası X4r. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Məmmədova Vüsalə Zahid qızı xx xxxxxxxx 1978-ci ildə, Cavabdeh1 01 avqust 1976-cı ildə anadan olmuşlar, ataları X13, anaları X4r. İşdə olan nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Qanuni nümayəndə arasında 21 oktyabr 2008-ci ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmışdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 2010-cu ildə anadan olmuş X9 və Məmmədov Mətin Mətləb oğlunun atası X11, anası Qanuni nümayəndədır. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh2 ofisi tərəfindən iddiaçıya göndərilmiş 14 iyun 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaşlar olduğuna görə, mübahisə həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir, məhkəməyə müraciət edə bilərlər. İşə əlavə olunmuş Mingəçevir Regional Cavabdeh2 ofisi tərəfindən məhkəməyə göndərilimiş 10 noyabr 2021-ci tarixli cavab məktubunda göstərilir ki, X3 qalmış mirasa dair notariat ofisində 02.02.2021-ci il tarixdə V-50/2012 saylı vərəsəlik işi açılmışdır. Mərhum X5 vərəsələri-qızları Cavabdeh1, Cavabdeh3, Qanuni nümayəndə tərəfindən verilmiş ərizəyə əsasən nəvələri İddiaçı və X9 mirası qəbul etmişlər. İş materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzili X5 mülkiyyətindədir. Zahid Məmmədov 02 dekabr 2020-ci ildə vəfat etmiş, həmin mənzil miras qalmışdır. İddiaçı miras əmlakdan Mətin və Sürəyya adlı 2 nəfər uşaqlarının, miras qoyanın nəvələrinin paylarının müəyyən olunmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Mülki Məcəllənin 1159.1.3-cü maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 miras qoyanın övladları, iddiaçının uşaqları isə miras qoyanın vərəsə olacaq oğlunun uşaqlarıdır ki, onların atası Mətləb isə mirasın açıldığı vaxt sağ olmamışdır. Qeyd edilənlərə əsasən həm iddiaçının uşaqları, həm də cavabdehlər birinci növbədə vərəsələridir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Ya mirasını açılması, ya şəxsin vərəsəlik hüququ əldə etməsi, ya da onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız mirası əldə etmək imkanı verir. Hər hansı bir şəxs tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və ya hərəkətləri ilə nümayiş etdirsin. Mirası qəbul etmə qanunvericilikdə nəzərdə tutulduğu qaydada, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. İş materiallarından görünür ki, tərəflər qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməklə mirası qəbul etmişlər.İddiaçının uşaqları və cavabdehlər Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən bərabər pay hüquqlu vərəsələr sayılırlar. İddiaçının uşaqları Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən vəfat etmiş atasına çatası paydan bərabər miras almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, X3 miras qalmış, Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilə dair iddiaçının uşaqları X9 və Məmmədli Mətin Mətləb oğlunun üçdə bir hissə, cavabdeh Cavabdeh1 üçdə bir hissə və Cavabdeh3 üçdə bir hissə payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin olunsun. X3 miras qalmış Mingəçevir şəhər M.V.Vidadi küçəsi 5 №-li evin 21 №-li mənzilə dair iddiaçının uşaqları X9 və Məmmədli Mətin Mətləb oğlunun üçdə bir hissə, cavabdeh Cavabdeh1 üçdə bir hissə və Cavabdeh3 üçdə bir hissə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar