Məhkəmə qərarları › İş №2(051)-171/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-171/2025

27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-171/2025 27.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdə doğulmuş X7nun və xx.xx.1978-ci il tarixdə doğulmuş qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1982-ci il tarixdə doğulmuş X13 onun oğlu və xx.xx.1978-ci il tarixdə doğulmuş X8 isə onun qızıdır. Hər ikisi “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları” diaqnozu ilə xəstədir. Daimi müalicə olunsalar da, heç bir müsbət nəticəsi olmamışdır. Uzun müddətdir, Stasionar və ambulator müalicə alırlar. 1999-cu ildən Mingəçevir Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatdadırlar və hazırki vaxta kimi orada stasionar müalicədədirlər. X7 və qızı X8 xəstədirlər və daimi müalicəyə ehtiyacları var. Onlar öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara rəhbərlik etmək iqtidarında deyillər. Hər iki övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gündəlik həyatda və sənədlərində olan problemlərin həll edilməsi üçün zəruridir. Odur ki, ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1982-ci il tarixdə doğulmuş X13 xx.xx.1999-cu il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1978-ci il tarixdə doğulmuş X8 xx.xx.1999-cu ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları ” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə doğulmuş X4 atası X9, anası Ərizəçidır. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə doğulmuş X10 atası X9, anası Ərizəçidır. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 968 saylı rəyindən görünür ki, X13 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir. X2 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi müşahidə olunur. Hazırki mərhələdə X12 hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X13 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X13 ətrafdakı şəxslər üçün təhlükəli hesab edilmir. X13 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X10 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. İşdə olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 967 saylı rəyindən görünür ki, X8 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir. X1 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi müşahidə olunur. Hazırki mərhələdə X6 hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın son hissəsinə (anlaqlılığı istisna etməyən psixi pozuntu vardırmı ?) cavab vermək mümkün deyildir. X8 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X8 ətrafdakı şəxslər üçün təhlükəli hesab edilmir. X8 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X4 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X8 “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları ” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. İşdə olan ambulator xəstənin tibbi kitabçasından görünür ki, X13 “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, ərizəçinin xx.xx.1982-ci il tarixdə doğulmuş X7 və xx.xx.1978-ci il tarixdə doğulmuş qızı X8 1999-cu ildən “Orta dərəcəli əqli gerilik, davranış pozğunluqları ilə” diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşlər. X13 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X10 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. X8 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ), DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və onlara tam rəhbərlik edə bilmək iqtidarında deyildir. X4 ətrafdakıların köməyinə və yardımına ehtiyacı var. X3 və X8 öz hərəkətlərinin mənasını anlaya bilmədiklərindən, həmçinin öz hərəkətlərini idarə etmək iqtidarında olmadıqlarından, ərizəçi tərəfindən qulluq və qayğı göstərilir. Bu hallar, yəni X10 və X4 fəaliyyət qabiliyyətli olmamaları ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 967 saylı, xx.xx.2024cü il tarixli 968 saylı rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ərizəçinin X7nun və qızı X4 fəaliyyət qabiliyyəti olmayan sayılması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası MM–in 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə tətbiq edilən maddi hüquq normasının dispozisiya şərtləri ilə işin həqiqi hallarının müqayisəli tədqiqi zamanı müəyyən etdi ki, ərizəçinin X7 və qızı X8 öz hərəkətlərinin mənasını başa düşməmələri ilə yanaşı, öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətinə malik deyildirlər. Ona görə də onların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur. Azərbaycan Respublikası MPM–in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar olduğundan, ərizəçinin X7nun və qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317- 321, 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il tarixdə Tərtər rayonunda doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş X13 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar