Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1720/2025 26.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Ərizəçi, maraqlı şəxs X4 iştirakı ilə, Ərizəçi (Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü tarixdə Mingəçevir şəhərində anadan olmuş anası X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırılması: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1954-cü il təvəllüdlü anası X8 uzun müddətdir şəkər xəstəsidir. Mingəçevir şəhər Mərkəzi xəstəxanasında şəkər şöbəsində qeydiyyatdadır, həmin xəstəxanada müalicə və müayinə olunurdu. Hal-hazırda anası sol beyin yarımkürəsinin işemik insultundan da əziyyət çəkir. Anası ağır yataq xəstəsidir, hərəkət edə və danışa bilmir. Anasının xəstəlik diaqnozu, sol beyin yarımkürəsinin işemik insultundan sonrakı davamlı qalıq nəticələri, hemmorağır transformasiya, sağ ətrafların hemplegiyası şəkərli diabet ağır formasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair anasına orqanizmin funksiyasının 85 % pozulmasına görə Birinci dərəcəli əlillik təyin edilmişdir. Anası öz hərəkətlərinin mahiyyətini başa düşmür, dərk etmir, özünü idarə edə bilmir, yataq xəstəsidir. Hazırda müalicə olunur. Onun hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərinə qəyyum təyin olunmalıdır. Onun üzərində qəyyum təyin edilməsi üçün isə o fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin ərizə təqdim edərək qeyd etmişdir ki, anası X8 qızıl girovu qoyaraq "xxxx" ASC-dən kredit götürmüşdür. Hazırda həmin kredit ödənilmişdir. Lakin girovu götürmək istədikdə anası fəaliyyət qabiliyyətli sayılmadığı üçün girovu vermədilər. Bununla bağlı etibarnamə verilməsi üçün notariat kontoruna müraciət etdiklərində məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs X8 izahat vermək iqtidarında olmamışdır. Maraqlı şəxs Mingəçevir şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Həsənov X2 şəhəri Q.Nəbi küçəsi ev 6 ünvanda qeydiyyatdadır. xx.xx.1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Bərdə rayonunda doğulmuşdur. X3, anası X6r. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X7 orqanizmin funksiyalarının 85 % pozulması ilə, sol beyin yarımkürəsinin işemik insultundan sonrakı davamlı qalıq nəticələri. Hemorragik transformasiya. Sağ ətrafların hemiplegiyası. Şəkərli diabet ağır forma diaqnozu ilə müddətsiz olaraq xx.xx.2025-ci il tarixdən birinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 708 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən X5 “İşemik İnsultdan sonrakı damar mənşəli Demensiya (Ağıl Zəifliyi)” (F01) qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və psixitarik müayinənin nəticələri (insult keçirdikdən sonra psixi vəziyyətinin dəyişməsi, nitiqinin pozulması, yaddaşının zəifləməsi, əsəbi olması, qeyri- adekvat hərəkətlər etməsi, gecə yuxusunun pozulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında olmuş “Sol beyin yanmkürəsinin işemik insultundan sonrakı davamlı qalıq nəticələri. Hemorragik transformasiya. Sağ ətrafların hemiplegiyası. Şəkərli diabet ağır forma” diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. X8 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə edə bilmək iqtidarında deyildir. Ona psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halı: X8 ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müayinəyə dair məlumat və ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışlar iş materiallarında öz əksini tapmışdır. Məhkəmə iclasında da X4 müşahidəsi zamanı qeyd edilən hallar müəyyən edilmişdir. Eləcə də Səhiyyə Nazirliyi Məhkəmə X1 rəyi alınmışdır. X8 qızıl girovu qoyaraq "xxxx" ASC-dən kredit götürmüşdür. Hazırda həmin kredit ödənilmişdir. Lakin girovu götürmək istədikdə fəaliyyət qabiliyyətli sayılmadığı üçün girovu onlara verilməmişdir. Ərizəçi bununla bağlı onun qəyyumu təyin edilməsi üçün fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin iş üzrə gəldiyi nəticə: X8 ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 305-ci, 321-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə, ünvan 2 ünvanda qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №2(051)-1720/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1720/2025
26.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver