Məhkəmə qərarları › İş №2(051)-1723/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1723/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1723/2024 14.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsinə adına tərtib edilmiş **********1181 saylı Torpaq sahəsinin planı və ölçüsünün ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi məhkəmə iclası zamanı, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ərizəçi xx.xx.1949-cu ildə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuşdur. X2, anası X4 olmuşdur. Onun valideynləri rəhmətə getmişdir. Ərizəçi, X6 ilə 1968-ci ailə qurub Mingəçevir şəhərinə köçmüşdür. Həmin ildən də Mingəçevir şəhərində yaşayır. O, bağçılıqdan 6 sot torpaq sahəsi almışdır. Orada ev inşa etdirib yaşayır. Hazırda həmin torpaq sahəsini sənədləşdirmək istəyir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə istifadəsində olan 555.28 kv. metr torpaq sahəsinə **********1181 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Ancaq həmin sənəddə səhvən ərizəçinin adı Minayə kimi qeyd olunmuşdur. Torpaq sahəsinin planı və ölçüsündə səhvən ərizəçinin adı Minayə kimi qeyd olunduğundan mülkiyyət hüquqlarını qeydə aldıra bilmir. Həmin sənəddə ata adı və soyad adına uyğundur. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X1 adına Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsi ayrılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsi ayrılmışdır. Eyni zamanda da Torpaq sahəsinin planı və ölçüsündə ərizəçinin adı səhvən “Minayə”kimi qeyd olunmuşdur. Hazırda ərizəçi sənəddəki adının uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsinə **********1181 saylı Torpaq sahəsinin planı və ölçüsü hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsinə verilmiş **********1181 saylı Torpaq sahəsinin planı və ölçüsü ərizəçiyə məxsus olmasını məhkəmədən kənar qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 09 sentyabr 2008-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə 555.28 kv. metr torpaq sahəsinə tərtib edilmiş **********1181 saylı Torpaq sahəsinin planı və ölçüsünün Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar