Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1738/2021 27.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs yanında Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi atası X7 01.09.1948-ci ildə anadan olmuşdur. 2011-ci ildən Z.Əsədovun Mingəçevir Rayonlararası Psixo-Nevroloji Dispanserdə “üzvi ənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. Z.Əsədova daimi kənar şəxsin köməyinə ehtiyacı var. Z.Əsədov 2019-cu ildən Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi əsəb xəstəxanasında müalicə olunur. Hazırda Z.Əsədovun hüquqlarını həyata keçirmək, onu təmsil etmək üçün üzərində qəyyum təyin olunmalıdır. Ona görə də ərizənin təmin olunmasını, X3 fəaliyyət qəbiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs yanında Qəyyumluq və himayəçilik orqanın nümayəndəsi X1 Əsədovun psixi vəziyyətini nəzərə alıb, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəklini, maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır. İşdə olan Mingəçevir Psixo-nevroloji Dispanserdən verilmiş 18 avqust 2021-ci il tarixli 1296 №-li arayışdan görünür ki, X7 “üzvi mənşəli şəxsiyyət pozğunluğu F07.0” diaqnozu ilə xəstədir. İşə əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının 16 noyabr 2021-ci il tarixli, 2704 saylı rəyində göstərilir ki, X5 “üzvi şəxsiyyət pozuntusu” (F07.0) və hal-hazırki psixiatrik müayinənin nəticələri (ünsiyyətə həvəzsiz qoşulması, söz ehtiyatının kasad olması, nitqinin ləngiməsi, təfəkkürünün az produktivliyi, torpidliyi, diqqət çəmləşdirməklə çətinlik çəkməsi, əhvalı ruhiyyəsinin dəyişkənliyi, emosional dayanaqsızlığı öz vəziyyətinə və yaranmış situasiyaya qarşı münasibətinin olmaması və s) müəyyən edilir. Bununla əlaqədar olaraq X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertiza rəyinə, iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verib hesab edir ki, ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-321, 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 01.09.1948-ci ildə Qubadlı rayonu İşıqlı kəndində anadan olmuş, Mingəçevir şəhəri Naxçıvan küçəsi 42 №li evin 15 №li mənzilində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-1738/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1738/2021
27.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver