Məhkəmə qərarları › İş №2(051)-1747/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1747/2024

05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1747/2024 05.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə verilmiş 0.06 hektar torpaq sahəsi ona məxsusdur. Bununla bağlı JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməklə, 2292 nömrə ilə kitabda qeydiyyata alınmışdır. Lakin qeyd olunan şəhadətnamədə onun adı “Amid” yazılmalı olduğu halda, səhvən “Amil”, ata adı isə “Aqil” yazılmalı olduğu halda səhvən “Adil” yazılmış və adlar arasında uyğunsuzluq olmuşdur. Göstərilən səhv yazılma onun hüquqlarını pozur. Mülkiyyət şəhadətnaməsində olan yanlışlıq onların mülkiyyət və sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Torpağa mülkiyyət sənədinin, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınması üçün əsasdır. Göstərilən düzəlişin başqa qaydada alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclası zamanı ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-2819A KOD 90200002 saylı şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə X4 0.06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Aqrar İslahat komissiyası tərəfindən təsdiq edilmiş JN-2819A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyektlər siyahısında göstərilən “X5” adı ilə, şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığından, məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1987-ci il tarixdə doğulmuş Ərizəçi anası X2, atası Nümayəndədur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi idarəsinin arxiv materiallarında X3 adına JN-2819A seriyalı 90200002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin işlənməsinə dair məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan və ona əlavə edilmiş Mingəçevir şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, subyektlərin siyahısında X3 adı 2819 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Mingəçevir şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin subyekt siyahasında X3 adı 2819 nömrə ilə qeydiyyata alınmış, həmçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə 0.06 ha torpaq sahəsi, JN-2819A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə «X5»na verilmişdir. Lakin həmin subyekt siyahasında və şəhadətnamədə Ərizəçi adı “Amid” yazılmalı olduğu halda səhvən “Amil”, ata adı isə “Aqil” yazılmalı olduğu halda, səhvən “Adil” kimi yazılmışdır. Hazırda ərizəçi sənəddəki ad və ata adı arasında olan uyğunsuzluğu səbəbindən sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyət hüququ Ərizəçi məxsusdur, həmin sənəddə yazılmış “X5” adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, təsdiq olunması xahiş edilən hüquqi əhəmiyyətli faktı ərizəçiyə sözügedən torpaq sahəsinə dair hüquqlarını həyata keçirməsi üçün zəruridir. Bu səbəbdən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, ərizəçinin Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin özünə məxsus olması faktını məhkəmədən kənar qaydada əldə etməsi imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23 iyul 2004-cü il tarixli 293 saylı sərəncamı ilə JN-2819A KOD 90200002 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar