Məhkəmə qərarları › İş №2(051)-178/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-178/2023

06.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-178/2023 06.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi,Vəkil1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X22 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın yalnız onun tərəfindən qəbul edilməsi, miras payının müəyyən olunması, mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X22 mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı və üçüncü şəxslər X17, X25 münasibətdə miras əmlakın yalnız onun tərəfindən qəbul olunmasının müəyyən edilməsi, mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sonra məhkəməyə ərizə verərək üçüncü şəxs X4 üçüncü şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 və X3 Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə və İddiaçı qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonra üçüncü şəxs X17 məhkəməyə ərizə verərək iddiadan imtina setdiyini, ona münasibətdə iş üzrə icraata xitam verilməsinə xahiş etmişdir. Məhkəmənin 06 aprel 2023-cü il tarixli qərardadı ilə üçüncü şəxs X4 Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə İddiaçı qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, vəkili Vəkil1 iddianı müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzili iddiaçının atası X13 mülkiyyətidə olmuşdur. Digər ailə üzvləri ilə birlikdə iddiaçı da həmin mənzildə yaşamışdır. Mənzil dörd otaqlıdır. Mingəçevir şəhər məhkəməsinin 2(051)-117/1997 №-li 20 may 1997-ci il tarixli qətnaməsinə əsasən mənzilin 12.7 kvadratmetr yaşayış sahəsi olan bir otağı iddiaçının qardaşı X8, yaşayış sahəsi 47 kvadratmetr olan üç otaq isə iddiaçının atası X18 verilmişdir. İddiaçının qardaşı X51 Şəfaqətova ilə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1995-ci ildə Türkan adlı qızı doğulmuşdur. İddiaçının qardaşı X42 Şəfaqətova 2004-cü ildə boşanmışlar. 2006-cı ildən Şəfa Şəfaqətova və Türkanə Həsənova iddiaçının qardaşının adınada olan otaqda yaşamamışlar. İddiaçının atası Ələkbər Süleymanov xx.xx.2020-ci ildə, anası Gülmayə Süleymanova xx.xx.2021-ci ildə, qardaşı Rəfail Süleymanov 08.10.220-ci ildə vəfat etmişlər. Valideynlərinin və qardaşının ölümündən əvvəl və sonra da Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin dörd otağında iddiaçı yaşamışdır,həmçinin, mirasın qəbulu ilə bağlı Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. Digər vərəsə X29 miras əmlak paydan imtina barədə notariat ofisinə ərizə vermişdir. Həm faktiki olaraq, həm notarial qaydada mirası qəbul etməsinə baxmayaraq Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. İddianın təmin olunmasını, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin atasından miras qalmış üç otağın, qardaşından miras qalmış bir otağın yalnız iddiaçı tərəfindən qəbul olunamsının müəyyən edilməsi və mirasa dair vərəsəlik hüququ haqqıda şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 atasından qalmış mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddia tələbi əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X26 nümayəndəsi X17 məhkəmə iclasında tələbi müdafiə edərək izahatında bildirdi ki, 1994-cü ildə X23 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Türkan Həsənova onların birgə nikahından doğulmuşdur. Onlar birlikdə Rəfail Süleymanovanın atası Ələkbər Süleymanovun adına qeydə alınmış Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 4 otaqlı 25 №-li mənzilidə yaşayırdılar. Sonra məhkəmənin qərarı ilə mənzilin bir otağı əri Rəfail Süleymanovun, 3 otağı isə Rəfailin atası Ələkbər Süleymanova verilmişdir. O, əri və uşaqları Türkanla birlikdə həmin 1 otaqda yaşamışlar. X45 nikahları pozulduqdan sonra bir müddət qeyd edilən mənzilin bir otağında yaşasalar da sonra birlikdə yaşamaq mümkün olmadığına görə uşağı Türkanı da götürüb həmin mənzldən çıxmağa məcbur olmuşdur. Nikahları pozulduqdan sonra Rəfail Süleymanov da Rusiyayada yaşamış, qızı Türkanla maraqlanmamış, əlaqə saxlamamışdır. Türkanın da atasının yaşayış yerini dəqiq bilmədiyinə görə onunla əlaqə saxlamağa imkanı olmamışdır, ancaq atasının sağ olmasnı hesab etmişdir. İddiaçı mirasın qəbulu ilə bağlı iş üzrə məhkəmə bildirişini aldıqdan sonra Türkanın atasının ölümündən məlumatı olmuşdur. Həmin vaxta qədər İddiaçı atasının ölümü barədə Türkana bildirməmiş, mirası vərəsə kimi yalnız onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə iddia vermişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən Türkan Həsənova atası Rəfail Süleymanovun birinci növbədə qanuni vərəsəsidir, o, birinci növbədə vərəsə olduğu halda Rəfailin bacısı mirası qəbul etmək istəmişdir. Xaricdə yaşamış atasının ölümündən məlumatı olmadığına görə Türkan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul edə bilməmişdir. Ona görə də üçüncü şəxs Türkan Həsənovanın iddiasının təmin olunması, atasından qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Bildirilir ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Türkan Həsənova hazırda da qeyd edilən mənzildə qeydiyyatdadır. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin 41,0 kvadratmetr yaşayış sahəsi olan üç otaq X13, yaşayış sahəsi 12,7 kvadratmetr sahəsi olan bir otaq X9 adına qeydə alınmışdır. İşdə olan Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və müstəqil tələb irəli sürən üçncü şəxs X2 şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilində qeydiyyatdadırlar. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X5 atası X27, anası X10r. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X27 xx.xx.2020-ci ildə, X19 xx.xx.2021-ci ildə vəfat etmişlər. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 08 oktyabr 2020-ci ildə Rusiya Federasiyası, Leninqrad vilayəti Kirov rayonunda vəfat etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X14 atası X23, anası X6r. İşə əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 X49 ilə 05 fevral 2016-cı ildə nikahları qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İşdə olan Mingəçevir şəhər Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2011-ci il tarixli arayışdan görünür ki, X13 vərəsələri arvadı X19, oğlu X15-ölüb, qızı X20, oğlu X23-ölüb, qızı X11r. İşə əlavə edilmiş X21 notariat ofisində təsdiq edilmiş 16 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, atası X12 miras qalmış əmlakdan ona çatası paydan imtina etmişdir. İşdə olan Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin İddiaçı cavab məktubunda göstəilir ki, mirasın bölüşdürülməsi haqqında mübahisəniz həll edilənədək vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyil. İşə əlavə olunuş Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin X25 xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, miras qoyanın axırıncı yaşayış yeri üzrə vəsiyyətnamənin və açılmış vərəsəlik işinin olub-olmaması, vərəsələrin dairəsi müəyyənləşdirilməlidir. Miras payının axırıncı yaşayış yeri üzrə aidiyyati dövlət orqanlarına rəsmi müraciət edilməsinə baxmayaraq hal-hazıradək cavab alınmamışdır. Qeyd edilən səbəbdən atanız X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı iddiası qismən təmin, müstəqil tələb irəli sürən üçüncü şəxs X22 iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları ilə müəyyən edilir ki, miras qoyan X27 İddiaçı atası, digər miras qoyan X23 isə qardaşıdır. İddiaçı atasına münsibətdə birinci növbədə vərəsə, qadaşına münasibətdə isə ikinci növbədə vərəsədir. İddiaçı atasından və qardaşından qalmış mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirərək, hər iki mirasa dair vərəsəlik şəhadətnaməsi verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyanın 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mülki mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu bölməsinin müddəaları tətbiq edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan X27 və Süleymanov əfail Ələkbər oğlu vəsiyyətnamə qoymamışlar. Mülki Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159.1 və 1159.2-ci maddələrinə görə ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr, ölənin bacı və qardaşları isə ikinci vərəsələr sayılırlar. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyə edilir ki, İddiaçı miras qoyan Ələkbər Süleymanovun birinci növbədə vərəsəsi, miras qoyan Rəfail Süleymanovun isə ikinci növbədə vərəsəsidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Türkan Həsənova isə miras qoyan Rəfail Süleymanovun birinci növbədə vərəsəsidir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarından göründüyü kimi vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquqi münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmək qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsullar, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Bu baxımdan İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı birinci növbədə vərəsə kimi atasından miras qalmış mənzildə yaşamaqla, mənzildən istifadə etməklə, eləcə də notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə mirası qəbul etmişdir. Məhkəmə iclasında, həmçinin, müəyyən edildi ki, miras qoyan Ələkbər Süleymanovun birinci növbədə vərəsələri hesab olunun arvadı X19, oğlu Rəfail Süleymanov vəfat etmişdir. Digər vərəsə Süleymanova(Vəliyeva) Elmira Ələkbər qızı isə miras əmlakdan ona atası paydan imtina barədə notariat ofisinə ərizə ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin atasından qalmış üç otaqlı miras kimi yalnız onu tərəfindən qəbul edilməsi müəyyən olunmaqla ona vərəsəlik şəhadətnaməsi verilməsi tələbinə dair hissədə təmin edilməlidir. Məhkəmə,həmçinin, hesab edir ki, İddiaçı digər miras qoyan Rəfail Süleymanovanın qanun üzrə ikinci növbədə vərəsəsi olduğuna, birinci növbədə vərəsələrin olmamasını və ya birinci növbədə vərəsələrin mirası qəbul etməkdən imtina etmələrini təsdiq edən sübut təqdim etmədiyinə görə iddi miras qoyan X7 qalmış mirasın qəbul edilməsinə dair hissədə təmin olunamalıdır. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən X30 tələbində Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin bir otağının atası X7 miras qaldığını,atasından qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını bildirmiş, tələbini atasının ölümündən, mirasın açılmasından məlumatı olmaması, mənzildə qeydiyyatda olması ilə əsaslandırmışdır. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin Həsənova (Süleymanova) Türkan Rəfail qızı azyaşlı olan zaman valideynləri arasındakı nikah pozulmuş, valideynləri ayrılmış,Türkan anasının yanında qalmış, atası Rəfail Süleymanov isə Rusiya Federasiyasına getmiş, orada yaşamış, Rusiya Federasiyasında vəfat etmiş və dəfn olumuşdur. Ona görə də atası ilə Türkan müntəzəm olaraq əlaqə saxlamamışlar, eləcə də atasının ölümündən, mirasın açılmasından məlumatı olmamışdır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mülki Məcəllənin 1248.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Qeyd edilənlərə əsasən, eləcə də qanun üzrə birinci növbədə vərəsə olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Türkan Həsənovanın atasından qalmış mirasın qəbulundan imtina etməməsini və ya miras qoyan tərəfindən mirasdan məhrum edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin atasından miras almış yaşayış sahəsi 12.7 kvadratmetr bir otağa dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi üzrlü sayılmalı və mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddiaçı iddiası qismən təmin olunsun. Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilin atası X16 miras qalmış yaşayış sahəsi 47 kvadratmetr olan üç otağı miras əmlak kimi yalnız İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin və həmin mirasa dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. X1 qalmış mirasın qəbul edilməsinə dair hissədə təmin olunmasın. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X22 Mingəçevir şəhəri Y.Muradov küçəsi 39 №-li evin 25 №-li mənzilinin atası X7 miras qalmış yaşayış sahəsi 12,7 kvadratmetr sahəsi olan bir otağa dair mirasın qəbul edilməsinin qanunla müəyyən edilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar