Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(051)-1793/2020 18.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən qeydiyyatdan çıxarılmasına və istifadə hüququna xitam verilməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 40 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən bir dəfəlik qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, ünvan 2 mənzil 40 ünvanda yerləşən mənzili almışdır. Mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzildə həyat yoldaşı X3 və övladı X4 rəsmi qeydiyyatdadırlar. Övladı X4 2016-cı ilin sentyabr ayında Ağdaş rayon sakini Cavabdeh ilə ailə həyatı qurmuşdur. Elə həmin ildən keçmiş gəlini X2 onun mülkiyyətində olan ünvan 2, mənzil 40 ünvanda qeydiyyata alınmışdır. Bir müddət keçdikdən sonra iusə övladı ilə gəlini ayrıldılar. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən rəsmi olaraq ayrılmışlar. Cavabdeh 2019-cu ilin dekabr ayından onların mənzilini tərk edərək Ağdaş rayonu Yenicə kəndində valideyinləri ilə birlikdə yaşamağa başlamışdır. O cavabdehin başqa qaydada mənzilindən qeydiyyatdan çıxarılmasına nail ola bilmədiyindən, onların sözügedən mənzildə istifadə hüquqlarının olmamasını müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır və onların sözügedən mənzildə qeydiyyatda qalmaları onun qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Ona görə də, X1 Mingəçevir şəhər Y.Mansurov küçəsi 15 saylı evin 40 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə aşağıdakilara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbi və ona əlavə olunmuş sənədlər araşdırılarkən müəyyən olunur ki, cavabdehin istifadə hüququnun olmamasının tələb olunduğu mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh onun ailə üzvləri deyil. İddiaçının deməsinə görə cavabdeh faktiki olaraq sözügedən mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarına MM-nin 228.1 və 228.5-ci maddələrin tələblərindən irəli gələn, yəni iddiaçı ilə cavabdehlər arasında sonuncuların yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə iddiaçının ailə üzvü olmayan cavabdehlərin sözügedən mənzilə köçürülməsinə mülkiyyətçi olan iddiaçının razılığı barədə hər hansı bir sübutlar əlavə olunmamışdır. Göründüyü kimi məhkəmədə baxılmalı olan mübahisə (cavabdehlərin mənzildən istifadə hüququ) mövcud deyildir. İddiaçı məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, əslində onun irəli sürdüyü tələbdə məqsədi sözügedən mənzildən orada yaşamayan cavabdehlərin pasport qeydiyyatından çıxarılmasıdır. İddiaçı məhkəmə iclasında sözügedən tələblə bağlı aidiyyəti orqanlara müraciət etdiyini və orada ona məhkəməyə müraciət etmək tövsiyyə olunduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən tələbindən, yəni cavabdehlərin onun mənzilindən pasport qeydiyyatından çıxarılmasından inzibati orqanın imtina etməsindən həmin inzibati orqanın yuxarı inzibati orqanına və yaxud məhkəmə qaydasında Şəki İnzibati-İqtisadi Məhkəməsinə şikayət verə bilərdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.3-ci maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261,262-264,267, 268,395, və 396-cı maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “mənzildən qeydiyyatdan çıxarılma və istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya Cavabdeh pasport qeydiyyatından çıxarılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etməyi, ərizədən imtina olduğu halda inzibati orqanın hərəkətlərindən yuxarı inzibati orqana və yaxud məhkəmə qaydasında Şəki İnzibati- İqtisadi Məhkəməsinə şikayət vermək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №2(051)-1793/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(051)-1793/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver