Məhkəmə qərarları › İş №2(051)-181/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-181/2022

18.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-181/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs: Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı xx.xx.1962-ci il təvəllüdlü X8 İİ dərəcəli əlildir və “şizofreniya bənzər psixoz, damasız remissiya, üzvü hallusinor” diaqnozu üzrə xəstədir. Hazırki ərizəsinə əlavə etdiyi və tibbi rəylər bunu sübut edir. Bildirmək istəyir ki, psixi qüsurun nəticəsində qardaşının hərəkətlərinin mənasını anlaya bilməməsini və bir sıra hallarda öz hərəkətlərini idarə edə bilməməsi halları da baş verir. Nəzərə çatdırmaq isətyir ki, qardaşı illərdir onlarla birlikdə qalır, onun bütün xərclərini şəxsən özü qarşılayır. Qardaşı illərdir qoruyan, maddi və mənəvi qayğısına qalan biri olaraq qəyyumluğunu öz üzərinə götürmək istəyər. Belə ki, o bir sıra hərəkətlər edərkən bu qanunla tənzimlənməlidir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və faktiki olaraq qardaşı tək qalmış və qardaşının ən yaxını o sayılır. Ərizəsinə əlavə etdiyi sənədlərdən sübuta yetirilir ki, qardaşı psixiatrik xəstədir. Onun elədiyi hərəkətlərin hüquqi əhəmiyyət verməsi üçün mütləq onun qəyumu təyin olunmalıdır. Hazırkı ərizənin verməyinin əsas səbəbi bundan ibarətdir. Hesab edir ki, məhkəmə əsassız vaxt itkisinə yol verməmək səbəbi ilə hazırlıq iclasında işə baxarkən qardaşının psixi vəziyyətini və İİ qrup əlilliyini nəzərə alaraq ekspertiza təyin edilməlidir. Odur ki, məhkəmədən qardaşı xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyət olmayan şəxs hesab edilməsinə etirazı yoxdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il təvəllüdlü X4 qardaşıdır. İşə əlavə olunmuş Mingəçevir Rayonalararası Psixo-Nevroloji Dispanserindən verilmiş arayışdan görünür ki, X8 xx.xx.1999-cu ildən Mingəçevir Psixo-Nevroloji Dispanserində “Xroniki gedişli şizofrenəbənzər psixoz” diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İşə əlavə olunmuş AR Səhiyyə Nazirliyi yanında Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 322 №-li rəyindən görünür ki, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X4 1999-cu ildən Mingəçevir Rayonlararası Psixonevroloji Dispanserində “Xroniki gedişli şizofrenəbənzər psixoz” diaqnozu ilə qeydiyyata götürülərək bir neçə dəfə orada stasionar müalicədə olması, hal-hazıradək psixotrop dərmanlarla qoruyucu müalicə qəbul etməsinə baxmayaraq psixi vəziyyətdə davamlı yaxşılaşma müşahidə olunmaması (X1 verilmiş xx.xx.2021-ci il tarixli 2236 saylı arayış, xx.xx.1999-cu il tarixli ***-**** saylı ambulator xəstənin tibbi kitabçası), hazırkı ekspertiza zamanı onda qavrama, təfəkkür və tənqid pozğunluqlarının (ekspertiza zamanı müayinə zamanı özünü bir müddət sakit aparsa da, sonradan bir qədər narahat və gərgin olması, qardaşı ilə yersiz mübahisəyə girişməsi, keçirilən ekspertizanın məqsədini və mahiyyətini izahatdan sonra başa düşsə də, ekspertizanın nəticəsinə maraq göstərməməsi, əhvalının dəyişkən olması təfəkküründə autistiklik və mühakimələrin səthi olması, maraq dairəsinin daralması, emosiyaları və affektiv reaksiyalarının kütləşməyə meyilli olması və s.) müəyyən edilməsi, hərəkətlərinin mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.3-cü maddəsinə əsasən Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Məhkəmə iclasında X4 Ərizəçi qardaşı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 317-321, 216- 220-ci maddələrini rəhbər tutub qətetdi: Ərizəçinin tələbi təmin edilsin. xx.xx.1962-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar