Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-183/2021 23.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək sənədin onlara məxsus olması faktın müəyyən olunmasnı xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçi, eləcə də digər ərizəşi Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında bildirdi ki, mülkiyyətinə verilmiş torpaq sahəsi ilə əlaqədar bu yaxınlarda notariat kontoruna müraciət etmişlər. Onlara bildirdilər ki, sənədlərdə soyadları, eləcə onun ata adı düzgün yazılmadığına görə həmin sənədlərin onlara məxsus olmasını müəyyən etmək olmur. Ailələrinə verilən JH 00xx xxx 50915038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında və JN 010A KOD 50915038 saylı torpağın mülkiyyətə verilməsi şəhadətnamədə Ərizəçi1 əvəzinə X8, Ərizəçi3 əvəzinə X10 və Ərizəçi2 əvəzinə X11 qeyd edilmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə rəsmi müraciət etmiş, lakin onlara rəsmi şəkildə məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də torpağın mülkiyyətə verilməsinə dair JH 00xx xxx 50915038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktın və JN 010A KOD 50915038 saylı torpağın mülkiyyət verilməsi şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və ailəsinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 da məhkəmə iclasında oxşar məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. X3 məhkəmə iclasında ifadəsində göstərdi ki, Rəşid onun sinif yoldaşı olub. Rəşidin qardaşı Cavidi də yaxından tanıyır. Bilir ki, onların soyadı Kərimlidir. X16 Fərman qızı məhkəmə iclasında bildirdi ki, o, ərizəçi Ərizəçi1 qardaşının gəlinidir. Çiçəyin soyadı Kərimova deyil İsmayılova, atasının adı isə Qurban deyil Ramizdir. Bundan əlavə o, bilir ki, ailəyə məxsus torpaq sahəsi var. Məhkəmə ərizəçiləri və şahidiləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-010A KOD 50915038 saylı şəhadətnamənin surətindən görünür ki, həmin torpaq sahəsi X13, Kərimov Qurban Mənaf oğlu X8, X9, X5 mülkiyyətinə verilib. İşə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 50915038 saylı şəhadətnamənin surətindən görünür ki, 7.77 hektar torpaq sahəsi X13, Kərimov Qurban Mənaf oğlu, X8, X10, X5 mülkiyyətlərinə verilib. Goranboy rayon İcra Hakimiyyətinin Qırxlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 86 saylı arayışda göstərilir ki, mərhum X6 və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 50915038 saylı dövlət aktında payçı Ərizəçi3 soyadı texniki səhv olaraq Kərimov yazılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin Qırıxlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 87 saylı arayışda göstərilir ki, mərhum X6 və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 50915038 saylı dövlət aktında payçı Ərizəçi1 soyadı və ata adı texniki səhv olaraq X8 yazılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin Qırıxlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 88 saylı arayışda göstərilir ki, mərhum X6 və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair JN-00xx xxx 50915038 saylı dövlət aktında payçı Ərizəçi2 soyadı texniki səhv olaraq Kərimov yazılmışdır. İşdə olan nikahın bağlanması hqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Ərizəçi1 arasında xx xxxx 1991-ci ildə Goranboy rayon Qırıxlı kənd sovetliyində 01 № ilə nikah qeydə alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Ərizəçi2, xx xxxxxxxx 1994-cü il təvəllüdlü Ərizəçi3 ataları X15, anaları Ərizəçi1dır. İşə əlavə olunmuş ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 xx xxxxx 2010-cu ildə, X13 xx xxxxxx 2010-cu ildə vəfat etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, Torpağa mülkiyyət hüququna dair JN- 0053 №-li, KOD 50915038 dövlət aktında və Torpağın mülkiyyətə verilməsinə dair JN 010A №-li, KOD 50915038 şəhadətnamədə ərizəçilər Ərizəçi2 və Ərizəçi3 soyadları səhvən Kərimov, digər Ərizəçi1 qısının soyadı səhvən Kərimova, ata adı isə Qurban yazılmışdır. Ona görə də ərizəçilər hüquq müəyyənedici olan həmin sənədlərdən istifadə edə bilmirlər. Odur ki, ərizə təmin olunmalı, qeyd edilən sənədlərin digər ailə üzvləri ilə birlikdə ərizəçilərə də məxsus olması faktı müəyyən edilməlidir. Sənədin məxsusluğunun müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeyd etdirmək üçün lazımdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Torpağın mülkiyyət hüququna dair JH 00xx xxx 50915038 saylı dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 010A KOD 50915038 saylı şəhadətnamənin digər ailə üzvləri ilə birlikdə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 da məxs məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №2(051)-183/2021
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-183/2021
23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver